27 
Apr
2018
10:10
48
16
2698
Virtual karabakh

“Mümkünsüzlüyə meydan oxu”

Bu yaxınlarda “Toyota” şirkəti həm Olimpiya və Paralimpiya ruhuna, həm də “Toyota”nın qlobal vizion və düşüncə tərzinə yaxın olan Şövqləndirmə, Cəsarət və Tərəqqi kimi dəyərləri əks etdirən bu şüar altında beynəlxalq kampaniyaya start verib.

“Toyota” Beynəlxalq Olimpiya və Paralimpiya komitələri ilə qlobal tərəfdaş olduqdan sonra dünya üzrə bir sıra olduqca maraqlı layihələr həyata keçirməyə başlayıb.

“Toyota”nın “Hamı üçün daha yaxşı hərəkət imkanı” fəlsəfəsinin məqsədi insanların dünyada hərəkət etmək tərzini dəyişməkdən ibarətdir. Bu prinsipə əsaslanaraq, şirkət - meqapolislər üçün ictimai nəqliyyat sisteminin optimallaşdırılmasından tutmuş fiziki məhdudiyyətli şəxslər üçün fərdi həllərin tapılmasına qədər - insan potensialını məhdudlaşdıran əngəlləri aradan qaldırmaq məqsədilə müxtəlif həllər təmin edir. 

“Toyota” inanır ki, “hərəkət imkanı” təkcə maşınlara aid deyil və hərəkət etmək hər bir insanın haqqıdır. Beləliklə, bu kampaniya, habelə  Olimpiya və Paralimpiya komitələri ilə əməkdaşlıq, şirkətin insanların hərəkət etmək hüququ uğrunda apardığı fəaliyyəti əks etdirir.

“Mümkünsüzlüyə meydan oxu” kampaniyası qeyri-adi insan gücü və iradəsinə həsr olunub və insanları daha cəsarətli olmağa çağırır.

“Mümkünsüzlüyə meydan oxu” “Toyota” əməkdaşları, tərəfdaşları və müştərilərini ilhamlandırmağa, onları şirkətin əsas dəyərləri ilə bağlamağa yönələn bir qlobal korporativ təşəbbüsdür”, - “Toyota” şirkətinin Satış və Marketinqə Dəstək şöbəsinin baş meneceri Noriaki Yamasita bildirib.

“Mümkünsüzlüyə meydan oxu” kampaniyası Olimpiya və Paralimpiya idmançılarının yaşadıqları  hekayələrə, eləcə də, iradə, təvazökarlıq, çalışqanlıq və heç vaxt təslim olmamaq kimi dəyərləri göstərən digər idmançıların həyat yoluna əsaslanır.

Əzmkarlıq haqqında hekayələr, “Toyota”nın tətbiq etdiyi texnologiyalar şirkətin mümkünsüzlüyə meydan oxuyan hər kəsin daha qərəzsiz və davamlı cəmiyyətdə yaşaya bilməsi üçün dəstək verməsindən xəbər verir. 

Qlobal kampaniya iki kreativ hissədən ibarətdir: insan ruhunu tərənnüm edən “ilhamlanma” və “Toyota”nın insanların hərəkət etməsinə kömək edən yenilikçi texnologiyaların istifadə edilməsindən irəli gələn “faktlar”. 

“Toyota” bu yaxınlarda www.MobilityForAll.com adlı veb-saytı istifadəyə verib. ABŞ-ın Əlillər üçün Media üzrə Milli Mərkəzi ilə əməkdaşlıqda ərsəyə gətirilmiş bu sayt fiziki məhdudiyyətli istifadəçilər üçün nəzərdə tutulub və onlara saytın məzmunu ilə tanış olmaq imkanı yaradır.

Görmə, eşitmə qabiliyyətindən məhrum olanlar və ya zəif olan insanları, eləcə də, hərəkət imkanları məhdud olan insanları nəzərə alan veb-saytın bütün funksiyaları elə yaradılıb ki, həmin istifadəçilər ondan tam rahat şəkildə faydalana və istifadə təcrübəsindən zövq ala bilsin.

Bu kampaniya ilə bağlı olan bir neçə video ilə aşağıdakı veb-saytda tanış ola bilərsiniz: https://www.toyota.az/mobilityforall/ 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri