May
2018
10:00
100
28
14142
Virtual karabakh

“Mitsubishi Eclipse Cross” – Yeni kompakt krossover - FOTO

7 May, 2018
10:00
14142

“Mitsubishi Eclipse Cross” – Yeni kompakt krossover - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mitsubishi”nin yeni modeli brendin Azərbaycandakı rəsmi dileri “Mitsubishi” Avtomobil Mərkəzində öz yerini tutub. Məşhur yapon brendi bu dəfə ən son dizayn konsepsiyası ilə hazırladığı yeni nəsil avtomobil “Mitsubishi Eclipse Cross”u təqdim edir. 

Yeni kompakt krossover “Mitsubishi Eclipse Cross” - təkrarlanan avtomobil axınında fərqlənmək istəsə də, rahatlığından güzəştə getməyənlər üçün doğru seçimdir. “DYNAMIC SHIELD” konsepsiyalı dizaynı sayəsində cəsur və kəskin cizgilərə malik atletik görünüşlü avtomobil hər zaman hərəkətə hazırdır.

“Eclipse Cross”un eksteryerinin ən diqqətçəkən detalı olan siyirmə lyuk ilə böyük panoramlı tavanı nəzərdən qaçırmaq qeyri-mümkündür. Onu parlaq və uzunömürlü işıqdiod (LED) texnologiyaları, 18 düymlük orijinal disklər və baqaj qapısındakı pəncərələr müşayiət edərək avtomobilin bənzərsizliyini tamamlayır. 

Dizayna diqqətli yanaşma interyerdə də davam edir. 200 mm sürüşdürülüb tənzimlənən və qatlanan oturacaqlar sayəsində kifayət qədər geniş salon və tutumlu yük yeri əldə etmək mümkündür. Həmçinin, oturacaqların keyfiyyətli materialları və usta işi, dəstəkləyici konturlar və dizlər üçün bol məkan səfərləri maksimum komfortla təmin edir.

Sürücünün rahatlığı üçün düşünülmüş əsas detallardan biri nəqliyyat haqqındakı bütün informasiyanı sayğacların üzərində, göz önündə əks etdirən innovativ “Head Up Display”dir (HUD).

Bundan əlavə, Color LCD multi-informasiya ekranı düz alət panelinin mərkəzində yerləşdirilib. Səs sistemini isə “Display Audio” ilə idarə etmək olur, burada həm də arxa görüntü kamerası əks olunur.

“Eclipse Cross”un qabaqcıl texnologiyaları gecə və gündüz, yolda və dayanacaqda təhlükəsizliyin yüksək səviyyəsinə zəmanət verir. İdarəetmə stabil, intuitiv və gözləniləndir. Öndən toqquşmanın qarşısını alan və ya toqquşma qaçılmaz olanda təsirini azaldan FCM sistemi avtomobilin ən mühüm təhlükəsizlik texnologiyalarındandır.

Bu sistem avtomobillərə və piyadalara kamera və ya lazer radarı vasitəsilə reaksiya verir. Təhlükəsizliyin təminatı üçün əlavə olaraq “Automatic High Beam”, “Hill Start Assist”, “Active Stability Control”, yeddi ədəd SRS hava yastığı kimi texnologiyalar və dözümlü “RISE body” mövcuddur.

“Eclipse Cross”un idarəetməsinə gəldikdə isə, 2.0L MIVEC mühərriki və açarsız idarəetmə sistemi kimi xüsusiyyətləri qeyd etmək lazımdır. 

Yeni avtomobillə tanışlıq üçün “Mitsubishi”nin ölkəmizdəki rəsmi dileri “Mitsubishi” Avtomobil Mərkəzinə yaxınlaşmaq mümkündür.

Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km. Ətraflı məlumatı www.mitsubishi-motors.az saytından və ya (012) 349 00 06 nömrəsindən əldə edə bilərsiniz. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri