16 
May
2018
14:50
186
84
13630
Virtual karabakh

Tam yenilənmiş lüks sedan “Lexus LS” Bakıda - FOTO

“Lexus” markasının əsas simvollarından biri sayılan “LS lüks sedan” sinfinin yeni modeli Bakıda təqdim olunub. Avtomobilin üstünlüklərini hələ ötən ildən anons edən Yaponiyanın premium avtomobil brendi verdiyi vədi tutub: V nəsil LS indi daha dinamik və şıq, daha komfortlu və daha təhlükəsizdir. 

“Buta Palace”da təşkil olunan təntənəli təqdimat mərasiminə “Lexus” şirkətinin regional nümayəndə heyətləri, müxtəlif biznes sahələrinin rəhbərləri, yerli jurnalistlər və brendin yeniliklərini diqqət mərkəzində saxlayanlar iştirak ediblər.

Təqdimatın rəsmi açılış hissəsində qonaqları salamlayan “Toyota Qafqaz” şirkətinin rəhbəri Mitsuru Konişi bildirib ki, təxminən 30 il əvvəl yaponlar dünyanın ən yaxşı avtomobilini yaratmaq qərarına gəliblər.

Bu avtomobil həm mühəndislik şedevri olmalı, həm də öz sahibinə mükəmməl idarəetmə təcrübəsi yaşatmalı idi. Onun sözlərinə görə, bu avtomobil məhz Lexus LS oldu. “LS, Lexus brendinin başlanğıcıdır” deyən Mitsuru Konişi rahatlıq, ən son təhlükəsizlik texnologiyaları və daha yaxşı sürücülük təcrübəsini özündə birləşdirən bu modeldən qürur duyduqlarını dilə gətirib.

Tədbirin qeyri-rəsmi hissəsi Ukraynanın məşhur pop-ifaçısı, “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Ani Lorakın səhnəyə dəvət olunması ilə davam edib. Azərbaycanda da çox tanınan ifaçının hit mahnıları zalda “Lexus”un tədbirlərinə xas olan xoş ovqatlı ortam yaradıb. Və bunun ardınca da tədbirin əsas məqsədi - LS-in təqdimat anı yetişib.

İlkin tanışlıq olaraq qonaqlar üçün LS-in yeni modelinin üstünlüklərini əks etdirən xüsusi hazırlanmış videorolik nümayiş olunub. Böyük təəssürat oyadan nümayişdən həmən sonra yenilənmiş və brendin dinamik inkişafında yeni cığır açan LS, nəhayət ki, gur rəngarəng işıqlar və xüsusi səs effektləri altında zaldakıların ixtiyarına verilib.

Yeni LS iddialı və cəsur dizaynı ilə “Lexus” brendinin yeni simasını təmsil edir.  Bu modeldə klassik lüks sedan tərzi daha fərqli mərhələyə yüksəlib: istər eksteryerdə, istərsə də interyerdə ənənəvi yapon estetikasının ən yaxşı ənənələri, son texnologiya və modern dizayn məharətlə sintez olunub.

“Lexus” avtomobillərinin özünəməxsus özəlliyi olan ön radiator qəfəsi LS-in korpusunda daha qabarıq vurğulanıb və axıcı relyefin əsasını təşkil edir.

Geniş salonun yeni oturacaqlarında “Lexus”un Omotenashi qonaqpərvərlik fəlsəfəsi diqqət çəkir. Ön oturacaq 28, arxa oturacaq 22 fərqli şəkildə tənzimlənir və bu da LS-i öz seqmentində ən yaxşı avtomobillərdən birinə çevirir. 

Yapon masaj ustalarının tövsiyələri əsasında kreslolarda Shiatsu masaj sistemi yaradılıb. Yeni LS-in salonu xüsusi səssizliyi ilə fərqlənir. Aktiv Səs Nəzarəti mühərrik səsi salona girdiyi anda əks tezlikli səs vasitəsilə onu tənzimləyir.  

Tədbirə ənənəvi olaraq yeni model ilə daha yaxından tanış olması üçün bütün arzu edənlərin səhnəyə dəvət edilməsi ilə yekun vurulub. Lüks sedan seqmentinin aparıcı modellərindən biri kimi tanınan LS avtomobilini qonaqlar böyük maraqla izləyiblər.

Tədbirə gələnlər sedanın həm şıq eksteryeri, həm də premium salon interyeri ilə xüsusi diqqətlə tanış olublar. Avtomobilin texniki göstəriciləri isə tanışlıq prosesində əsas mövzulardan biri olub.  

“Lexus”un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (0 12) 490 50 50  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri