13 
Mar
2019
10:30
94
27
7087
Virtual karabakh

Yeni nəsil “Corolla” və “RAV 4” modellərinin nümayişi baş tutdu - FOTO

13 Mar, 2019
10:30
7087

Yeni nəsil “Corolla” və “RAV 4” modellərinin nümayişi baş tutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyota Qafqaz” (TCA) Gürcüstanın Rustavi şəhərindəki beynəlxalq avtodromda yeni nəsil “RAV 4” və “Corolla” modellərini təqdim edib və sınaq sürüşləri keçirib.

Təqdimat mərasimində Azərbaycandan 30-a qədər jurnalist, habelə, “Toyota Qafqaz Azərbaycan”ın nümayəndələri və rəsmi dilerlər - “Toyota Bakı Mərkəzi”, “Toyota Abşeron Mərkəzi” və “Toyota Gəncə Mərkəzi” iştirak ediblər.

“Toyota Qafqaz”ın prezidenti Mitsuru Konişi jurnalistlərə müsahibəsində bildirib ki, “Toyota” Azərbaycan bazarı üçün yeni nəsil “RAV 4” və “Corolla” modellərini təqdim etməkdən qürur duyur: 

“Əminik ki, Azərbaycan sürücüləri bu əfsanəvi modellərin yeni versiyalarındakı müasir dizaynı, artırılmış rahatlıq və təhlükəsizliyi maraqla qarşılayacaq və sevəcəklər. Digər bir yaxşı xəbər isə odur ki, yeni nəsil “RAV 4” modeli artıq hibrid mühərriklə təqdim olunur. Bu da, sözsüz ki, müştərilərimizin böyük  marağına və sevincinə səbəb olacaq”.
 
Tədbirdə iştirak edən jurnalistlər sözügedən modellərin interyeri və xarici görünüşündəki dəyişikliklər, habelə, Toyota Safety Sense (TSS) təhlükəsizlik sistemi və hibrid texnologiya ilə tanış olublar.

Yeni “Toyota Corolla” və “Toyota RAV 4” modellərinin  yaxşılaşdırılmış xüsusiyyətlərindən geniş söz açan “Toyota Qafqaz”ın nümayəndəsi Sabir Kazımzadə yeni TNGA (Toyota New Global Architecture) platformasından, yaxşılaşdırılmış avtomobil asqısından, avtomobillərin salonundan və xarici görünüşündəki digər dəyişikliklərdən danışıb. 

Bundan başqa, o, hibrid texnologiyaların səmərəli tərəfləri haqqında ətraflı məlumat verib: “Son 20 ildə hibrid texnologiyalar sahəsində lider olan “Toyota” bütün dünyada hər həyat tərzinə uyğun gələn hibrid modellərin çeşidini kifayət qədər artırıb. Keçən müddət ərzində “Toyota” effektivlik, etibarlılıq və məhsuldarlıq baxımından ciddi nəticələrə nail olub. 

Bu səbəbdən də, sürücülər “Toyota” avtomobillərinə  getdikcə daha çox etimad göstərirlər. Belə ki, dünyada 12 milyon insan “Toyota Hybrid”i seçir. Çox sevindiricidir ki, bu ildən etibarən, Azərbaycan sürücülərinin yeni hibrid modeli sınaqdan çıxarmaq imkanı yaranıb”.

Toyota Corolla

2019-cu ildə “Toyota” şirkəti bu əfsanəvi sedanın artıq 12-ci nəslini təqdim edib. Yeni, yaxşılaşdırılmış 1,6 l həcmli mühərrikə əlavə olaraq, “Corolla” indi daha da rahat və asan idarə olunan bir modelə çevrilib. Uzaq məsafələrə səyahət zamanı yorğunluğun azaldılması üçün sürücünün oturacağı optimallaşdırılıb.

Yeni nəsil “Corolla” zərifliyi ilə diqqəti cəlb edən və arzu edən hər kəsin ala biləcəyi bir avtomobildir. “Corolla”nın yeni modeli xarici görünüşcə çox cəsarətli və dinamik təsir bağışlayır. Bu təəssüratı, 17 düymlük  yüngüllehimli geniş disklər və fərqləndirici led işıqlı fənərlər daha da gücləndirir. Avtomobilin ön hissəsindən arxaya doğru uzanan xətlər isə onun modul tipli və daha praktik banını tamamlayır.

“Corolla”nın bütün əvvəlki modelləri kimi son modeli də yumşaq və erqonomik salonla, həmçinin,  yeni nəsil modellərdəki ağırlıq mərkəzinin daha aşağıda olması xüsusiyyəti ilə fərqlənir.

Premium keyfiyyətli interyer  komfort və rahatlıq üçün yaradılmış bir çox komponentləri birləşdirir. Nümunə kimi, intuitiv başa düşülən və istifadəsi asan olan 8 düymlük, sensorlu multimedia ekranı, 7 düymlük informasiya displeyini və arxa oturacaqların isitmə sistemini də göstərmək olar. Sözsüz ki, bu model, harada sürməyinizdən asılı olmayaraq, sizi valeh edəcək.

“Toyota RAV 4”– kompromislərə “yox”!

Yeni, beşinci nəsil “RAV 4” innovativ ruhun ən bariz nümunəsidir. Belə ki, “Toyota”nın bu modeli yaxşılaşdırılmış imkanları və avtomobilin idarə olunmasında təhlükəsizliyi birləşdirir. Yeni “RAV 4” əvvəlki analoqlarından ağırlıq mərkəzinin daha aşağıda olması və təkmilləşdirilmiş xarici görünüşü ilə seçilir ki, bu da onun yeni nəslə məxsus olduğunu vurğulayır.
 
Çevikliyi, idarəetmədəki rahatlığı ilə yanaşı, öz sinfindəki avtomobillərlə müqayisədə əsas yük yerinin (580 litr) və salonun genişliyi səfərdən və avtomobilin idarə olunmasından zövq almağa imkan verir.

Yeni modelin salonunun dizaynında yeni, daha keyfiyyətli və toxunulması xoş olan materiallardan istifadə olunub. İdarəetmə panelindəki böyük dəyişikləri də qeyd etməmək mümkün deyil. Belə ki, panel daha rahat olub və zahirən premium avtomobil təsiri bağışlayır.

Yanacağı bilavasitə püskürmə sistemi ilə təchiz olunmuş yeni, 2.0 həcmli benzin mühərrikindən savayı, “RAV 4” öz sinfində alıcılara hibrid mühərrikli modelləri təqdim edən yeganə avtomobildir. 

Belə ki, yeni 2.5 həcmli, 218 at gücünə malik hibrid mühərrik (ön ötürmə sistemli) və 222 at gücündə olana (tam ötürmə sistemli) mühərriklər benzin sərfiyyatına görə daha qənaətli (4,6 l/100 km) və ekoloji cəhətdən daha təhlükəsizdir (CO - 100 q/km). Bu da, təbii ki, alıcıların həmin modellərə marağını artırır. Bundan əlavə, bu mühərriklər səmərəlilik və güc nöqteyi-nəzərindən avtomobil istehsalında bir yenilikdir.

Yenilənmiş AWD sistemini xüsusi qeyd etmək lazımdır. Yeni hibrid "RAV 4" təkmilləşdirilmiş tam ötürmə elektron sistemi ilə təchiz olunub ki, bu da yolun çətin hissələrinə və mürəkkəb yol örtüyünə daha yaxşı uyğunlaşdırılıb. Yolsuzluq şəraitində test sürmələri zamanı avtomobilin tam üstünlükləri “RAV 4”ün həm yeni modelində, həm də bundan əvvəlki modelində müşahidə olunub.

“Toyota” sözü eşitdikdə, bu, artıq təhlükəsizliyə zəmanət assosiasiyası yaradır. Yeni model və texnologiyaları işləyib hazırlayarkən “Toyota” ilk növbədə sürücünün həyat təhlükəsizliyi barədə düşünür. 

Məhz buna görədir ki, TSS (Toyota Safety Sense) texnologiyası xüsusilə uzaq səyahət zamanı qəza hallarının qarşısının alınması üçün təhlükəsiz idarəolunmanı təmin edir.

Test sürüşü zamanı sürücülərə yolda hərəkətə tam nəzarəti qoruyub saxlamağa imkan verən Adaptiv Kruiz Kontrol (ACC) və Hərəkət zolağının dəyişməsi xəbərdarlığı (LDA) kimi əsas təhlükəsizlik texnologiyaları nümayiş olunub.

Bundan başqa, yeni nəsil Corolla və Rav4 aşağıdakı texnologiyalara malikdir:

“Toqquşmanın qarşısını alan funksiya (PCS), Uzaq  və yaxın işığın avtomatik dəyişməsi funksiyası (AHB), Hərəkət zolağının izlənməsinə nəzarət sistemi (LTA)”.

Bütün test sürüşləri zamanı yeni modelləri əvvəlkilərlə müqayisə etmək və avtomobilin komplektasiyası ilə bağlı bütün suallara cavab verməyə hazır olan təlimatçılardan ətraflı məlumat almaq imkanı yaradılıb.

Bu modellərin Azərbaycanda satışı, komplektasiyası və qiyməti ilə bağlı daha ətraflı məlumatı rəsmi dilerlərimizdən ala bilərsiniz:

Toyota Bakı Mərkəzi

Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan
Telefon: (+994) 12 496 70 10 / (+994) 12 496 70 11 / *2002
Fax: (+994) 12 496 70 12
E-mail: [email protected]
Website: www.toyotabaku.az

Toyota Abşeron Mərkəzi

Bakı-Sumqayit şossesi, 6-cı km, Bakı, Azərbaycan
Telefon: +994 12 349 00 60 / *0110
Email: [email protected]
Website: www.toyota-absheron.az

Toyota Gəncə Mərkəzi

Gəncə-Şəmkir şossesi, 1-ci km, Gəncə, Azərbaycan
Telefon: +994 22 256 80 70 
Email: [email protected]
Website: www.toyota-gence.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri