22 
İyl
2019
23:58
92
36
4937
Virtual karabakh

“Aston Martin”dən altı milyonluq “hədiyyə” - FOTO

22 İyl, 2019
23:58
4937

“Aston Martin”dən altı milyonluq “hədiyyə” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aston Martin” şirkəti iki yubiley üçün “Centenary Collection” adlı “hədiyyə komplekti” hazırlayıb.

“Auto.vesti.ru”nun xəbərinə görə, şirkət tərəfindən modellər barədə tam məlumat verilmir.

Sadəcə “DBS GT Zagato” superkarının fotosu yayılıb. Bir müddət əvvəl yayılan xəbərlərin əksinə olaraq, “DBS GT Zagato” modeli mavi yox, tünd qırmızı rəngdədir.

Yeni model “DBS Superleggera”nın platformasında yığıldığı üçün müəyyən cizgilər oxşardır. Amma fərqlər də var.

Məsələn, superkarın radiatorunun şəbəkəsi romb formalı 108 elementdən yığılıb. Bu elementlər karbon lifindən hazırlanıb və hərəkət edə bilir.

Superkarın mühərriki sönəndə şəbəkənin bütün parçaları birləşir. Açarı buranda isə hər parça öz oxu ətrafında fırlanır və mühərrikə hava axınını təmin edir.

Hədiyyə paketinin ikinci modeli “Zagato” atelyesinin bir əsrlik yubileyinə və onun “Aston Martin” şirkəti ilə əməkdaşlığının 60 illiyinə həsr edilmiş “DB4 GT Zagato”dur.

Şirkət cəmi 19 hədiyyə komplekti hazırlamaq fikrindədir.

Böyük Britaniyada bu hədiyyə komplektinin dəyəri altı milyon funt sterlinq olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri