29 
İyl
2019
10:35
80
41
4039
Virtual karabakh

“Avtolüks Azərbaycan” tam yeni “Jeep® Wrangler 2019” avtomobilini təklif edir - FOTO/VİDEO

“Avtolüks Azərbaycan” tam yeni “Jeep® Wrangler 2019” avtomobilini təklif edir.

• Yolsuzluğun şəriksiz və mütləq çempionu, tam yeni “Jeep® Wrangler” bu günə kimi yaradılmış xələflərindən ən güclüsü olub son dərəcə yüksək səviyyəli komfort və idarəeməni təmin edir.

• İki tamötürücülü aktiv sistem təklif edir - “Command-Trac” və “Rock-Trac”. Növbəti sonuncu nəsil “Dana” körpüsü, ön və arxa körpülər üçün “Tru-Lock” elektrikli qutular, yüksək titrəyişli “Trac-Lok” differensialı və ön körpünün elektron ayrılması.

• Əfsanəvi “Wrangler”in ənənəvi dizayn elementlərinin qorunduğu daha müasir dizayn, həmçinin daha çox azadlıq vəd edən bir neçə yeni kombinasiya.

• Avropa ölkələrində iki yeni mühərrik də təklif olunur - 2,2 l turbodizel MultiJet II və 2,0 l turbo benzin mühərrikləri. Yaxın Şərq də daxil olmaqla, Avropadan kənar bazarlarda 3,6 l V-6 Pentastar mühərriki də mövcuddur. “Wrangler”in bütün mühərrik opsiyaları yeni səkkiz pilləli avtomat sürətlər qutusu və Stop-Start (ESS) funksiyası ilə gəlir.

• Yeni texnoloji imkanlara LED ön və arxa fənərlər, yeni UconnectTM (Apple CarPlay ilə), Android Auto və seçimə görə 5.0, 7.0 və ya 8.4 düymlük sensor ekranlar daxildir.

• Çoxsaylı təhlükəsizlik sistemlərinə isə görünməyən zonanın monitorinqi, dinamik xətli şəbəkəyə malik arxa ehtiyat kamerası “ParkView”, elektron stabillik sistemi (ESC) və dörd standart təhlükıəsizlik yastıqları daxildir.

• Sport, Sahara və Rubicon variantlarında 2 və ya 4 qapılı versiyalar da mövcuddur.

• “180 eksklüziv Mopar®” aksessuarı “Jeep Wrangler”ə yeni imkanlar bəxş edərək onun fərdiliyini daha da gücləndirə bilər.

Tam yeni “Jeep Wrangler” - əfsanəvi “Jeep” brendinin 1941-ci ildən başlayan tarixinə öz adını qızıl hərflərlə yazmağa iddialı olan yeganə avtomobildir.

“Jeep” dizaynerləri məhz bu ideyanı əsas götürərək mistik “Wrangler”i əcdadlarının ruhuna etibarlı qalmaq şərtilə tam yeni texnologiyalarla zənginləşdirərək yeniləyiblər. Onların əməyinin məhsulu olaraq bugünə kimi mövcud olanların sırasında ən yaxşı bacarıqlı “Wrangler” alındı. Hansı ki, komplektasiyasından asılı olmayaraq iki tam ötürücülü aktiv sistem təklif edir - Command-Trac və Rock Trac. Bu sistemlərə ön və arxa körpülərin elektron bloklayıcısı, yüksək titrəyişli Trac-Lok differensialı və ön elektron ayırıcı da daxildir.

Tam yeni “Jeep Wrangler” ən çətin, keçilməz ərazilərdən tutmuş, hamar şəhər yollarınadək heç bir çətinlik hiss etməyərək sahibinə ənənələrinə sadiq, lakin daha modern dizayn, daha üstün təhlükəsizlik və müasir texnologiyalar təklif edir. Dördüncü nəsil “Jeep Wrangler” üç müxtəlif komplekatasiyada təklif olunur: Sport, Sahara və Rubicon. Bu versiyaların hər biri də ayrılıqda 2 və 4 qapılı ola bilər.

“Jeep”in əfsanəvi yolsuzluq avtomobilinin 4x4 xüsusiyyətləri daha da gücləndirilib.

70 ildən artıqdır ki, yolsuzluq şəraitində idarəetmənin lideri mövqeyini qoruyub saxlayan “Jeep Wrangler” yenilənməklə bu keyfiyyətini daha da təkmilləşdirib. Avtomobildə iki tam ötürücülü sistem var: Command -Trac Sport və Sahara versiyalarında, Rock-Trac isə Rubicon versiyasının standart təchizatında mövcuddur. Hər iki sistem fırlanma anının fasiləsiz nəzarəti və idarəetməsi üçün iki sürətli ötürmə qutusu Selec-Trac ilə təchiz olunub. 

Sistem 4 idarəetmə rejimində (üstəgəl neytral) çalışır:

• 2H (İki təkərə yüksək diapazonlu ötürmə)
• 4H AUTO (tələbə uyğun daimi aktiv ötürmə)
• 4H Part-Time (yüksək diapazonlu daimi aktiv olmayan tam ötürmə )
• N (neytral)
• 4L (aşağı diapazonlu tam ötürmə)

Yeni “Wrangler” 2WD və 4WD High Range (Yüksək Diapazon) arasında 72 кm/saata qədər sürətdə qoşula bilən texnoloji qoşulmaya da malikdir. Normal hərəkət şəraitində Command-Trac iki təkərli ötürmə (2WD) rejimində çalışır və 100 faiz fırlanma anını arxa oxa ötürür. Dəstəyi 4WD High vəziyyətinə keçirdikdə sürücü tam ötürmə rejiminə qoşulur. Bu isə qum, palçıq, qar və ya buz kimi sürüşkən səthlərdə ideal idarəetmə imkanı yaradır. 4H vəziyyətindən istənilən şəraitdə əmin və təhlükəsiz idarəetməyə imkan yaradan rejimdə və ya 4H Part Time adlı daim fırlanma anını ön və arxa körpülər arasında bölüşdürən rejimdə istifadə etmək olar. 

“Jeep Wrangler”in daha müasir dizaynı

Dizayn yenilənsə də, tam yeni “Jeep Wrangler” əcdadlarından qalma elementləri qoruyub saxlayıb: yeddi xətli radiator barmaqlığı və dairəvi əsas fənərlər; trapesşəkilli təkər arkaları; qatlanan ön şüşə; sökülüb-yığıla bilən tavan. Sahara və Rubicon modellərində mövcud fənərlər və LED duman əleyhinə fənərlər “Wrangler”in xarici görünüşünü tamamlayır.

Ənənəvi arxa kvadrat fənərlər LED ilə təchiz edilib. Tam yeni “Wrangler”in disk ölçüləri çeşidi böyükdür. Sport versiya standart 17 düymlük cilalanmış alüminium disklərlə təchiz olunub. Sahara versiyasında isə standart 18 düymlük alüminium disklər quraşdırılıb. Tam alüminium Universal 17 düymlük cilalanmış alüminium disklər isə Rubicon üçün səciyyəvidir və bu diskləri BF Goodrich Mud-Terrain şinləri tamamlayır. Bu təchizat bazara görə dəyişə bilər. Tam yeni “Jeep Wrangler” 10 fərqli kuzov rəngində təklif olunur: qara, qırmızı, gümüşü metallik, parlaq ağ, qranit kristallik metallik, Hellayella, okean mavisi, pank-metallik, mohito və stinq boz.

Komfortlu və funksional yeni interyer

Tam yeni “Jeep Wrangler”in interyeri istifadə olunan yüksək keyfiyyətli material və işləmələr sayəsində universal, funksional, dəbli və rahatdır. Alətlər paneli tarixi ənənələrə əsaslanan dizaynını qoruyub saxlayıb. İnteryerin funksionallığını sükandan bir sıra əməliyyatların idarəedilməsi, mühərrikin işə salınması (ESS), həmçinin yüklənmə portları artırır. Mərkəzi konsol da tam yenidən qurulub. Burada indi ötürmələrin qoşulması düymələri, ayırıcı qutu, statik vəziyyətin əyləci yerləşir. Versiyadan asılı olaraq dəri və ya parça oturacaqlar ümumi tənzimləmə və bel tənzimləməsinə malikdirlər. Mümkün komfort variantları kimi ön oturacaqların və sükanın qızdırılması mövcuddur. Alətlər panelində işıq diodlu 3,5 və ya 7 düymlük TFT ekran yer alır.

Sükandakı düymələr isə səs, və sürət tənzimləməsini daim əl altında saxlamağa imkan verir. Mərkəzi konsol da 7,0 və ya 8,4 düymlük sensor ekranla təchiz olunub (hər ikisində Android sisteminə qoşulma funksiyası ilə). Sonuncu ölçüdə olan isə ən müasir ekran olan UconnectTM adlanır. 5,0 düymlük sensor ekran Avropadan kənarda yerləşən ölkələr üçün “Wrangler Sport”un standart təchizatına aiddir. İki USB-giriş öndə və iki arxada mediamərkəzə qoşulur. Standart 12V gücündə olan yuvalar, həmçinin dəyişən 230V gücündə cərəyan mənbəyi mövcudur.

Tam yeni “Jeep Wrangler”in mühərrikləri

“Wrangler” model cərgəsi iki yeni mühərriklə təchiz olunub – 2.2 l həcmli turbodizel MultiJet II və 2.0 l həcmli dörd silindirli turbo benzin mühərriki ilə. Bu mühərriklərin hər ikisi yeni “Wrangler” üçün modernizasiya olunmuş 3.6 l həcmli V-6 Pentastar mühərrikə birləşir. Bütün mühərrik variantları 8 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub. 

Tam yeni “Jeep Wrangler” avtomobilini JEEP avtomobillərinin Azərbaycanda rəsmi distribüteri “Avtolüks Azərbaycan” şirkətindən sərfəli şərtlərlə nağd və ya kreditlə əldə edə bilərsiniz. Şirkət JEEP avtomobillərinin Azərbaycanda satışı, texniki servisi, habelə orijinal və zəmanətli ehtiyat hissələrinin topdan və pərakəndə satışını həyata keçirir. 

Satış və servis mərkəzlərinin ünvanları: 

Bakı şəh., Ü.Hacıbəyli küç., 57 
Bakı şəh., Aşıq Molla Cümə küç., 42B
Əlaqə telefonu: 012 983
www.jeep.co.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri