11 
İyn
2020
09:58
102
43
22110
Virtual karabakh

Dünyanın ən bahalı avtomobil şirkəti məlum oldu

11 İyn, 2020
09:58
22110

Dünyanın ən bahalı avtomobil şirkəti məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla”nın səhmləri 1000 dolları keçib, bu da onu dünyanın ən qiymətli avtomobil şirkəti edib.

Vesti.ru xəbər verir ki, elektromobil şirkət 190 milyard dollar dəyərində hesablanaraq, “Toyota”nı keçir.

Hazırda onun dəyəri “Ford”, “General Motors”, “Honda” və “Fiat Chrysler”in birgə gəlirindən çoxdur.

Şirkət səhmlərinin qiyməti ilin əvvəlində əvvəlki qiymətlərə nisbətən çoxalsa da, sonra COVID-19-un səbəb olduğu istehsal çətinlikləri ilə əlaqədar qəfil düşmüşdü.

“Tesla” pandemiya səbəbindən Frimont (Kaliforniya) və Buffalodakı (Nyu-York) fabriklərini bağlamaq məcburiyyətində qalıb və Çində bu yaxınlarda açılan zavod da ilin əvvəlində bir neçə həftə fəaliyyətini dayandırmalı olub.

İlon Mask yerli rəhbərliyi onun fəaliyyətinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmadığı təqdirdə Kaliforniyanı tərk edəcəyi ilə təhdid etdikdən sonra şirkətin fabrikləri yenidən açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri