13 
Fev
2021
00:51
219
16
2445
yuxarı
İsveçrədə mini elektromobil istehsal ediləcək
İsveçrənin “Micro Mobile Systems” şirkəti “Mikrolino” adlı kiçikhəcmli elektrik avtomobili istehsal edəcək.
“İzvestiya” nəşrinin yaydığı məlumata görə, elektromobilin xarici görünüşü ötən əsrin 50-ci illərində istehsal olunan “BMW Isetta” modelinə bənzəyəcək.
Onun salonunda iki nəfər əyləşə biləcək. Elektromobilin qapısı onun ön tərəfində olacaq.
“Mikrolino”nun çəkisi cəmi 512 kiloqram, maksimal sürəti isə 90 km/saat təşkil edəcək. Onun birdəfəyə maksimal gediş məsəfəsi 200 km olacaq.
Elektromobilin təxminən 12 min avroya (24700 manat) satılacağı bildirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Avto-Moto xəbərləri
24 
Fev
2021
01:12
“Çeroki” qəbiləsi “Jeep”dən bəzi modellərin adlarını dəyişməyi tələb edib
84
19
2200
10 
Fev
2021
02:16
Dünyanın ən böyük yolsuzluq avtomobili muzeyə təhvil verildi – FOTO/VİDEO
127
24
4863