10 
Mar
2021
06:45
66
35
17606
Virtual karabakh

“Optimus Praym” satışa çıxarılıb - FOTO

ABŞ-ın Nevada ştatında 1987-ci il istehsalı olan “Freightliner” yük avtomobili satışa çıxarılıb.

Motor.ru xəbər verir ki, “Transformerlər” silsiləsindən “Bamblbi” filmində avtobotların lideri Optimus Praymı “canlandıran” magistral yük maşınının qiyməti 21.600 dollardır (təqribən 37 min manat).

Çəkilişlər ərzində avtomobilin kuzovu yüngül zədələnib. Avtomobilin sürücü qapısının və radiator barmaqlıqlarının təmirə ehtiyacı var.

“Optimus Praym”n sahibi onu təmir etdirməyi düşünsə də, sonradan olduğu kimi satışa çıxarmağı qərara alıb.

Avtomobil 350 at gücü olan “Cummins Big Cam III” mühərriki ilə təchiz edilib.

Onun satış qiymətinin ucuz olmasını isə sahibi “avtomobili yaxşı əllərə təslim etmək” istəyilə izah edib.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri