12 
Mar
2021
08:00
170
31
20590
Virtual karabakh

“Tesla Cybertruck”ın rəqibi təqdim olundu – FOTO

Kaliforniyada yeləşən “Canoo” startapı öz elektrik pikapını təqdim edib.

Motor.ru portalının məlumatına görə, batareyalı pikapın satışlarına 2023-cü ildə başlanılması planlaşdırılır.

Transformer-pikap 608 at gücü olan elektrik mühərriki ilə təchiz olunub. Onun gediş məsafəsi 320 km təşkil edir.

Elektrokarın daha çox səyahəti sevənlər üçün nəzərdə tutulduğu bildirilir. Onun yükgötürmə qabiliyyəti 816 kq-dır.

Pikapın qiyməti isə hələ ki açıqlanmır.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri