20 
Apr
2021
01:35
24
134
20898
Virtual karabakh

Avtomobili ilə açılan körpüdən tullandı - VİDEO

20 Apr, 2021
01:35
20898

Avtomobili ilə açılan körpüdən tullandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekstremal həvəskarı sürücü filmlərdəki tryuku real həyatda təkrarlayıb. Belə ki, o, şlaqbaumu qıraraq açılan körpüdən avtomobili ilə tullanıb.

Motor.ru-nun məlumatına görə, Florida ştatında baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, sürücü təqibdən qaçmayıb və ilk baxışdan qanunu pozmaq üçün onun heç bir əsası olmayıb. Ehtimal edilir ki, o, yol-nəqliyyat qaydalarını kobud şəkildə pozmaqla Hollivud blokbasterləri stilində tullanış həyata keçirmək istəyib.

Polis artıq qayda pozucusunu tapıb. Sürücünün düşüncəsiz hərəkətinə görə zərərçəkən olmasa da, onu külli miqdarda cərimə gözləyir, həmçinin giriş və çıxışdakı qırılan şlaqbaumların pulunu ödəməli olacaq.

O da bildirilir ki, ekstrim həvəskarının avtomobilinə də ciddi ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri