May
2021
15:00
401
50
22484
Virtual karabakh

BƏƏ-də ilk qadın mexanik emalatxana açıb - FOTO/VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində yaşayan Huda al-Matruşi ölkənin ilk qadın avtomobil mexaniki kimi öz emalatxanasını açıb. Bu münasibətlə Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed əl-Nahyan onu təbrik edib.

TASS-ın məlumatına görə, bu barədə qadın özünün “Instagram” hesabında görüntülər paylaşıb.

Kadrlardan görünür ki, vəliəhd şahzadə maşınının xarab olduğunu deyir. Cavabında 36 yaşlı əl-Matruşi 16 ildir avtomobil təmiri ilə məşğul olmasına baxmayaraq, əvvəllər buna peşə yox, hobbi kimi baxdığını deyir.

“Mən bu işi sevirəm və 16 il öncə avtomobil təmirinə başlamışam. Ancaq emalatxananı indi açmışam”, - deyə o, vurğulayıb.

“Biz fəxr edirik ki, ölkəmizdə belə möhtəşəm insanlar var və sizi dəstəkləyirik”, - deyə əl-Nahayan bildirib.

Görüntülər az müddətdə 120 mindən çox baxış toplayıb.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri