25 
İyn
2021
06:45
38
247
15588
Virtual karabakh

Moskvada QR kodu olmayanlar avtobuslara buraxılmaya bilər

1 iyuldan etibarən Rusiyanın Moskva vilayətində ictimai nəqliyyatın istifadəsinə məhdudiyyətlər qoyula bilər.

Gazeta.ru-nun məlumatına görə, bu barədə Moskva vilayətinin səhiyyə naziri Svetlana Strigunkova bildirib.

Bu addım  koronavirusla bağlı vəziyyət düzəlməyəcəyi təqdirdə atılacaq.

"Gözlənilən effekt əldə edilməyəcəyi təqdirdə Moskva vilayətinin Səhiyyə Nazirliyi 1 iyuldan etibarən əlavə məhdudlaşdırıcı tədbirlər təklif edəcək. Belə ki, ancaq QR koduna sahib olan Moskva vilayəti sakinləri ictimai nəqliyyata buraxılacaq”, - deyə o, bildirib.

Qeyd edək ki, son günlər Moskva vilayətində koronavirusa yoluxmada kəskin artım müşahidə edilib. Təkcə son bir gündə 2,3 mindən çox yoluxma qeydə alınıb. Bununla əlaqədar olaraq bu gündən etibarən Moskva vilayətində məhdudiyyətlər artırılıb: Oyun və idman meydançaları, çardaqlar və digər bu kimi obyektlərdən istifadə edilməsi qadağan olunub, 50 nəfərdən çox adamın olduğu otaqlarda tədbirlər dayandırılır.

28 iyun tarixindən etibarən isə gecə klublarına, barlara və diskotekalara giriş ancaq QR kodlarından istifadə edilərək həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri