19 
Avq
2021
08:00
21
144
7608
Virtual karabakh

Maşınları dəyişdirməyin vaxtı olduğunu göstərən əlamətlər açıqlandı

19 Avq, 2021
08:00
7608

Maşınları dəyişdirməyin vaxtı olduğunu göstərən əlamətlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daimi kiçik nasazlıqlar baş verərsə, asqı və ya yanacaq xəttində korroziya görünərsə, dizel və ya benzin istehlakı artarsa, avtomobili satmağın vaxtıdır.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada “Fresh Auto” avtomobil satıcıları şəbəkəsinin texniki direktoru Maksim Ryazanov maşının dəyişdirilməsinin zəruriliyini göstərən əlamətlər haqqında danışarkən bildirib.

Mütəxəssis sürücüyə avtomobildən ayrılmaq, yoxsa nasazlıqları təmir etmək arasında daha sərfəli olanı hesablamağı məsləhət görüb.

Ryazanov qeyd edib ki, Rusiya, Koreya və ya Çin avtomobillərinin optimal xidmət müddəti 3-5 ildir.

ABŞ, Avropa və ya Yaponiya markaları daha davamlı hesab olunur.

O, həmçinin Rusiya istehsalı üç illik avtomobili 5-7 il əvvəl istehsal olunan BMW, “Volvo” və ya “Toyota” ilə əvəz etməyi tövsiyə edib.

Rayazanovun sözlərinə görə, “B” və “C” sinfli kütləvi istehsal maşınları istifadənin ilk ilində təxminən 10 faiz, üç ildən sonra isə artıq 40 faiz dəyər itirir.

Premium seqmentdə isə vəziyyət fərqlidir: Bir il ərzində belə avtomobillər 30 faiz, üç ildən sonra isə təxminən daha 20 faiz ucuzlaşır.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri