13 
Sen
2021
10:14
141
17
1969
Virtual karabakh

Avropada benzinlə çalışan superkarların taleyi qaranlıqdır

Avropa Komissiyası 2035-ci ildən başlayaraq İttifaq ölkələrində daxili yanma mühərrikli avtomobillərin satışını qadağan etməyə hazırlaşır.

Müvafiq qanun layihəsi hazırda müzakirə mərhələsindədir. Onun təsdiqi üçün üzv ölkələrin hamısının müsbət rəyi tələb olunur.

Lakin heç də bütün ölkələr layihənin tələbləri ilə tam razı deyil. Narazılardan biri də İtaliyadır.

Ölkənin ekologiya naziri, əvvəllər “Ferrari” şirkətinin idarə heyətinin üzvü olmuş Roberto Çinqolani İtaliyada istehsal edilən eksklüziv idman avtomobilləri üçün xüsusi imtiyazlar tələb edir. O, tanınmış brendlərə 2035-ci ildən sonra da benzin mühərrikdən istifadə icazə verilməsini istəyir. Nazirin sözlərinə görə, idman avtomobillərinin elektrik enerjisinə keçməsi üçün texnologiyalar hələ yetərincə inkişaf etməyib.

Almaniya avtoistehsalçıları isə italiyalı həmkarlarına güzəşt edilməsinin tam əleyhinədir. “Porsche”nin rəhbəri Oliver Blüme hesab edir ki, güzəşt və istisnalar texnoloji inkişafı ləngidəcək.

Mənbə: Motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri