21 
Okt
2021
19:02
222
100
12560
Virtual karabakh

Yeni “Range Rover”in ilk görüntüləri sosial şəbəkələrə sızıb – FOTO

21 Okt, 2021
19:02
12560

Yeni “Range Rover”in ilk görüntüləri sosial şəbəkələrə sızıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Range Rover”-in 2022-ci il modelinin rəsmi təqdimatına bir həftə qalmış, yeni avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Böyük ehtimalla gizli çəkilmiş şəkillərdə bir çox yenilikləri görmək mümkündür.

2022-ci il “Range Rover”i ümumi xarici görünüşü baxımından, əsasən öz sələfinə bənzəsə də, daha xırda radiator barmaqlıqları, fərqli ön işıqlar və “Evoque”, “Velar” kimi modellərdəkinə oxşar qapı dəstələri ilə fərqlənir.

Avtomobilin arxa hissəsi daha çox dəyişikliyə uğrayıb. Burada ilk növbədə nazik şaquli işıqlar diqqəti cəlb edir.

Yeni model texniki cəhətdən də seçilir. O, tamamilə fərqli “MLA Flex” platforması üzərində çalışır.

İlkin ehtimallara görə, avtomobildə 3 litrlik V6 və ya 4.4 litrlik V8 mühərrikləri quraşdırılacaq.

2022-ci il “Range Rover”i həm standart, həm də genişləndirilmiş təkər bazası ilə təklif ediləcək.

Onun qiymətinin 90 min funt-sterlinqdən başlayacağı güman edilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri