Noy
2021
08:28
183
54
5271
Virtual karabakh

1.5 saniyəyə 100 “sıxan” hiperkar təqdim olundu - FOTO

3 Noy, 2021
08:28
5271

1.5 saniyəyə 100 “sıxan” hiperkar təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni “Spyros Chaos” sözün əsl mənasında hiperavtomobildir.

Onun əksər detalları titandan hazırlanıb.

“Chaos” “Earth Version” və “Zero Gravity” olmaqla iki versiyada alıcılara təklif olunacaq.

Hər iki modelin ölçüləri 5053x2068x1121 mm-dir.

Hiperkar V10 4.0 biturbo mühərriklə hərəkətə gətirilir. “Earth Version” versiyasında onun at gücü 2048,7, “Zero Gravity”də isə 3064,7 təşkil edir. Birinci halda hiperkar 1.5, ikinci halda isə 1.9 saniyə ərzində sürətini 100 km/saata çatdırır. “Chaos”un maksimal sürəti 500 km/saatdır.

Maraqlıdır ki, cəmi 20 nüsxədə Yunanıstanda istehsal ediləcək hiperkarlar yalnız “Sotheby’s” hərracı vasitəsilə satılacaq. “Earth Version”ın ilkin qiyməti 5.5, “Zero Gravity”nin isə 12.4 milyon avrodur.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri