10 
Dek
2021
17:16
375
20
2048
Virtual karabakh

Avropa şəhərində elektrik avtomobillər bir il pulsuz doldurulacaq

10 Dek, 2021
17:16
2048

Avropa şəhərində elektrik avtomobillər bir il pulsuz doldurulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanın Afina hakimiyyəti il ​​boyu sürücülərə elektrik avtomobilləri üçün doldurma məntəqələrindən pulsuz istifadə etməyə icazə verib. Bu təşəbbüsün köməyi ilə şəhər hökuməti əhali arasında ekoloji cəhətdən təmiz nəqliyyatın populyarlığını artırmağı və atmosferə atılan zərərli tullantıları azaltmağı planlaşdırır.

Hələlik Yunanıstanın paytaxtında cəmi 25 enerji doldurma məntəqəsi var, lakin bələdiyyə infrastrukturu inkişaf etdirməyi planlaşdırır - bunun üçün Avropa şəhərində daha çox elektrik mühərrikli avtomobil sahibləri peyda olmalıdır. Sakinləri elektrikli avtomobillərə keçməyə təşviq etmək üçün administrasiya onların yanacaq doldurma xərclərini müvəqqəti olaraq azaltmaq qərarına gəlib.

Şəhər hökuməti qeyd edib ki, Afinada elektrik avtomobillərinin pulsuz doldurulması təşəbbüsü ilə yanaşı, planetə dəyən zərərin azaldılması üçün digər tədbirlər də həyata keçirilir: mərkəzdə avtomobillərin hərəkətini məhdudlaşdırılıb, daha çox velosiped yolları, piyadalar üçün küçələr salınıb, ictimai bağları abadlaşdırılır.

Mənbə: TheMayor.eu

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri