24 
Dek
2021
01:34
14
97
5158
Virtual karabakh

Ən az oğurlanan avtomobillərin adları açıqlandı - SİYAHI

24 Dek, 2021
01:34
5158

Ən az oğurlanan avtomobillərin adları açıqlandı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avtoteka” onlayn xidməti ən az oğurlanan avtomobillərin adlarını açıqlayıb.

Məlum olub ki, cinayətkarlar arasında ən az maraq “Lada Kalina”, “Kia Picanto”, “Nissan Tiida” və “Micra”, eləcə də “Renault Symbol”, “Hyundai Matrix”, “Chevrolet Spark”, “Volkswagen Golf” və “Tiguan”a olub.

Bundan əlavə, qaçıranlar “Toyota Auris”, “Mitsubishi Carisma” və “Ford Fiesta” avtomobillərinə məhəl qoymayıblar.

Ən çox oğurlanan avtomobillər “Hyundai Solaris”, “Kia Rio” və “Mazda 3” olub.

Premium seqmentdə oğrular arasında populyar olmayanlar isə “Mercedes-Benz A-Class”, “BMW 1 Series”, “Audi Q3”, “Porsche Panamera 4”, “Volvo S40” və “XC70”, həmçinin “Land Rover Freelander”, “Infiniti QX50”, “Lexus IS” və “Jaguar F-Pace”dir.

Həmçinin məlum olub ki, avtomobilin rəngi oğurluq şansına təsir edir. Belə ki, çox vaxt ümumi nəqliyyatda itə bilən avtomobillər qaçırılır; qırmızı, sarı və ya mavi rəngli avtomobilləri isə daha az oğurlayırlar.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri