28 
Dek
2021
08:45
83
17
3482
Virtual karabakh

Reklam broşüründəki səhv məşhur avtomobil konserninə milyonlarla dollara başa gəldi

28 Dek, 2021
08:45
3482

Reklam broşüründəki səhv məşhur avtomobil konserninə milyonlarla dollara başa gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Reklam broşürasındakı səhv “Ford” konserninə 4,5 milyon Avstraliya dollarına (5,5 milyon manat - red.) başa gəlib.

Məlumata görə, 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər “Ford Australia”nın rəsmi internet saytında və “mavi oval” dilerlərdə “Mustang Mach 1” sportkarın mövcud olmayan opsiyalarını təsvir edən reklam broşürləri paylanıb.

Broşüralardakı səhv PR xidmətinin diqqətsizliyi ilə əlaqədar olub - Avstraliyada “Mustang Mach 1” adaptiv kruiz-kontrol, arxa dayanacaq sensorları, işıq-diod duman işıqları və məhdud sürüşmə diferensialı olmadan təklif olunur, lakin nədənsə bütün bu seçimlər broşürdə sadalanıb.

Ümumilikdə, 700 sportkar satılıb.

Problemin həlli “Ford Australia”ya 4,5 milyon dollara başa gəlib. Səhvini etiraf edən yerli törəmə şirkəti idman avtomobili alıcılarına 4500 dollar endirim edib, üç il pulsuz xidmətə zəmanət verib və trek günləri üçün ödənişi boynuna götürüb.

Avstraliyanın nəzarət orqanları “Ford”un mövqeyini nəzərə alıb və avtomobil istehsalçısına böyük məbləğdə cərimə tətbiq etməyib - avtomobil nəhəngi istehlakçıların hüquqlarının müdafiəsi haqqında yerli qanunu pozduğuna görə  yerli valyuta ilə cəmi 53 280 dollar (təxminən 65 min manat - red.) ödəyəcək.

Mənbə: The Drive

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri