19 
Yan
2022
03:19
72
13
2313
Virtual karabakh

Avtomobil sənayesinin astronavtikadan mənimsədikləri - FOTO

19 Yan, 2022
03:19
2313

Avtomobil sənayesinin astronavtikadan mənimsədikləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yuri Qaqarinin kosmosa uçuşu haqqında bütün dünya bilir, baxmayaraq ki, insanlar Yerdən kənara səyahət etməyi ondan çox əvvəl düşünürdülər. Maraqlıdır ki, avtomobil sənayesi kosmik sənayedən çox şey götürüb.

Karbon komponentlərinin əsas keyfiyyətləri istiliyə davamlılıq və yüngül olmasıdır, ona görə də dizaynerlər “Space Shuttle” layihəsi çərçivəsində hava gəmisinin qanadların ön kənarlarını və burnunu onlarla gücləndirdi. Material yüksək temperaturdan mükəmməl qorusa da, çox bahalıdır. Ancaq bu avtomobil şirkətlərinin işlərində ondan istifadəsinə mane olmur.

Bu sənaye astronavtikadan yanacaq elementləri və odadavamlı kombinezonları da mənimsəyib. Yanacaq elementləri ilkin olaraq yerdənkənar kosmosda enerji mənbəyi kimi işlənirdi. Əvvəllər astronavtlar üçün nəzərdə tutulan kombinezonlar isə hazırda avtomobil yarışlarında pilotlar tərəfindən istifadə olunur.

GPS ilk dəfə 70-ci illərdə ortaya çıxıb və elm adamları, hərbçilər tərəfindən istifadə edildi, lakin bu gün o, smartfonların mühüm atributu hesab olunur.

Günəş panelləri əvvəlcə kosmik peyklər üçün enerji mənbəyi rolunu oynayırdı, lakin sonra onlar digər fəaliyyət sahələrində, o cümlədən avtomobil sənayesində istifadə olundu.

Mənbə: Car.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri