25 
Yan
2022
05:23
125
19
6452
Virtual karabakh

Pol Uokerin “avtoparkı”: “Forsaj” əfsanəsinin qarajında nələr var - FOTO

25 Yan, 2022
05:23
6452

Pol Uokerin “avtoparkı”: “Forsaj” əfsanəsinin qarajında nələr var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Pol Uoker sadəcə “Forsaj” adı ilə tanınan  “Cəld və Hiddətli” (“The Fast and the Furious”) əfsanəvi filmlərində baş rolları oynayan istedadlı aktyor deyil, həm də əsl avtomobil həvəskarı idi. Məlum olub ki, onun qarajında ​​əsl xəzinələr saxlanılıb.

“Forsaj”da Pol Uoker gümüşü “Nissan Skyline GTR”, sarı “Mitsubishi Lancer Evolution” və narıncı “Toyota Supra” kimi dəbdəbəli idman avtomobillərini sürüb.

Ancaq onun ən çox sevdiyi rəng ağ olub. Aktyorun kolleksiyasındakı avtomobillərin əksəriyyəti də ağ rəngdədir.

Paul Uoker kolleksiyasının mirvarisi qar kimi ağ “Saleen S7”dir. Bu ABŞ-da əldə yığılmış eksklüziv superkardır. Belə avtomobillərin sayı məhduddur və onların qiyməti ildən-ilə daha da bahalaşır. Aktyorun özü onların istehsalı üçün külli miqdarda pul yatırıb.

Aktyor “Ford Mustang” avtomobillərini xüsusilə sevib. Kolleksiyasında onun 20 belə avtomobili olub. Onların arasında parlaq qırmızı “Ford Mustang Cobra R 1993” və “Shelby GT500” (60 saniyəyə qaçış” filmindəki kimi) xüsusilə qiymətlidir.

Vinçester qardaşlarının “Fövqəltəbii” (“Supernatural”) filmdə gəzdiyi “Chevrolet Impala” da Pol Uokerə məxsus idi. Ancaq bu aktyorun kolleksiyasında maraqlı tarixçəsi olan yeganə “Chevrolet” deyil. Belə ki, aktyorun “Chevrolet Bel Air” avtomobili bir vaxtlar boksçu və dünya çempionu Floyd Pattersona, “Chevelle” kabrioleti isə rejissor Con Favroya məxsus olub.

Aktyor alman avtomobillərinin pərəstişkarı idi, bir fenomen olaraq BMW-ni xüsusilə sevirdi. Kolleksiyadakı ən bahalı “BMW M1” 30 saniyə ərzində 50 000 dollara satılıb. Alıcı arzuladığı idman avtomobilini əldə etmək üçün bütün Şimali Amerikanı keçmişdi.

Gündəlik həyatda Pol Uoker çox sevdiyi “BMW 850”ni idarə edib, çünki bu avtomobillə yaxşı xatirələri olub. Uoker vaxtaşırı daha üç BMW-sinin – “M3” “E30” və “E46”nın “tozunu üfürürdü”.

Aktyorun bütün avtomobilləri mexaniki sürət qutusu ilə olub. Pol Uoker “avtomat”ı bəyənmirdi və iddia edirdi ki, o, yalnız mexanikada sürücülükdən həqiqətən ləzzət alır.

Pol Uolker dəbdəbəli idman kupelərini görəndə də özünü saxlaya bilmirdi. Onun qarajında ​​iki “Lamborghini” və iki “Gallardo”, bir cüt “Ferrari 340” və dörd “Porsche 911 GT3 RS” olub.

Pol Uokerin qızının sevimli avtomobili gücləndirilmiş 1000 at gücünə malik nitrometanol mühərriki ilə tənzimlənmiş 1972-ci il istehsalı olan “Dodge Challenger”dir.

Paul Uolkerin kolleksiyasında ən nəzərə sarpmayan avtomobillər Yapon idman avtomobilləri olub. Bu kolleksiya bir cüt orijinal “Toyota Supra”, dörd “Nissan Skyline GT-R” və iki yarış “Nissan Silvia S14”dəın ibarətdir.

Qeyd edək ki, Pol 2013-cü ildə Kaliforniyada idarə etdiyi “Porsche GT Carrera” markalı maşında qəzaya düşərək faciəli şəkildə dünyasını dəyişib. O, bir çox filmlərdə rol alsa da, xüsusən “Forsaj” franşizalarındakı rolları ilə yadda qalıb.

Onu da qeyd edək ki, “Forsaj” filmlərində  istifadə edilən “Rally Fighter” avtomobilinin yaradıcıları -“Local Motors” şirkəti maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırdığını açıqlayıb.

Mənbə: Car.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri