26 
Yan
2022
05:08
604
35
7543
Virtual karabakh

“Tesla” Türkiyə bazarına daxil oldu - FOTO

26 Yan, 2022
05:08
7543

“Tesla” Türkiyə bazarına daxil oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektrikli avtomobil istehsalçısı “Tesla” rəsmi olaraq Türkiyə bazarına daxil olub.

50 milyon lirə (6,3 milyon manat) ödəyərək şirkətin Türkiyədəki kapitalını artıran İlon Mask, “Lufthansa” Hava Yollarının Türkiyə-İraq baş direktoru vəzifəsini icra edən və şirkətin 20 faiz böyüməsində böyük payı olan Kemal Geçeri şirkətin Türkiyə bölməsinı rəhbər gətirib.

“Tesla”nın yaxın müddət planları hazırda mövcud modellərin (Model “3”, “Y”, “S” və “X”) satışı üçün diler mərkəzləri açmaq, sonra isə qonşu Bolqarıstanı, eləcə də Serbiya və Rumıniyanı əhatə edəcək “Supercharger” enerji doldurma stansiyaları şəbəkəsini genişləndirməkdir.

Qeyd edək ki, “Tesla”nın Türkiyə bazarına daxil olması bir neçə ildir ki, planlaşdırılırdı. Hələ 2017-ci ildə şirkətin rəhbəri İlon Mask prezident Rəcəb Tayyib Ərdoğanla danışıb, “Tesla” və “SpaceX”in gələcəkdə ölkədə buraxılması imkanlarını müzakirə edib.

Mənbə: Hurriyet

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri