İyn
2022
17:02
80
43
2149
Virtual karabakh

Maks Ferstappen: “Bakıda ciddi tormozlamalar olan mürəkkəb şəhər halqası mövcuddur”

8 İyn, 2022
17:02
2149

Maks Ferstappen: “Bakıda ciddi tormozlamalar olan mürəkkəb şəhər halqası mövcuddur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıya hər iki hesabın lideri kimi gələcək “Red Bull Racing” uik-endin başlanmasını nikbinliklə gözləyir”.

AZƏRTAC xəbər verir ki, komandanın pilotu Maks Ferstappen bu barədə fikirlərini bölüşərək deyib:

“Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Ötənilki oyunu dayandırdıqdan sonra orada yarımçıq işlərim qalıb. Bakıda ciddi tormozlamalar və kiçik çıxma zonaları olan mürəkkəb şəhər halqası mövcuddur. Orada sazlamanı tapmaq və əlverişli hücum küncünü seçmək çox çətindir. Maraqlıdır, görəsən biz bu uik-enddə təsnifat zamanı sürəti artıra biləcəyikmi? Əvvəllər sürətli dairədə biz bir az geri qalırdıq. Serxio ilə komandanın müqavilənin müddətini uzatmaları çox yaxşıdır, komandada varisliyi görmək xoşdur, bundan əlavə onunla xasiyyətimiz tutur”.

Xatırladaq ki, “Formula-1” çempionatının Azərbaycan Qran-prisi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri