17 
İyn
2022
08:50
91
23
3925
Virtual karabakh

“Ferrari” ilk krossoverini sentyabrda təqdim edəcək - FOTO

17 İyn, 2022
08:50
3925

“Ferrari” ilk krossoverini sentyabrda təqdim edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın idman avtomobil istehsalçısı “Ferrari N.V” bu ilin payızında krossoverə (SUV) bənzəyən yeni avtomobil təqdim etməyi planlaşdırır.

“Purosangue” adlı yeni model uzun müddətdir ki, hazırlanır və prototipin şəkilləri hətta mediada da yayılıb. Hazırda “Ferrari” avtomobilin tam təqdimat tarixinin - 2022-ci ilin sentyabrında olacağını açıqlayıb. Super krossoverin 2023-cü ildə satışa çıxacağı gözlənilir.

“Ferrari” rəhbərliyi həmçinin ilk tam elektrik avtomobil modelinin 2025-ci ildə görünəcəyini açıqlayıb. Hazırda şirkət flaqman “SF90 Stradale” də daxil olmaqla dörd hibrid model istehsal edir.

Mənbə: İnterfaks

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri