Avq
2022
04:28
37
118
2827
Virtual karabakh

“Tesla” hələ istehsal olunmayan avtomobilinin qiymətini artırdı

6 Avq, 2022
04:28
2827

“Tesla” hələ istehsal olunmayan avtomobilinin qiymətini artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” səhmdarlarının illik yığıncağı zamanı İlon Mask bildirib ki, “Cybertruck” pikapı daha əvvəl elan olunmuş qiymətlərlə satılmayacaq.

Belə ki, avtomobil 2019-cu ildə təqdim edilsə də, o zamandan bəri çox şey o cümlədən avtomobilin texniki xüsusiyyətləri dəyişib. Odur ki, satışa çıxarılacağı zaman pikapın yekun qiyməti də fərqli olacaq.

Bununla belə, Mask yeni qiymətləri açıqlamayıb.

Qeyd edək ki, xeyli müddət öncə avtomobilin bir mühərrikli modeli üçün qiymət 39 990 dollar, iki mühərrikli üçün 49 900 dollar, üç mühərrikli variantı üçünsə 69 990 dollar elan edilib.

Həmçinin avtonom idarəetmə sistemi üçün əlavə 7 min dollar ödəniş nəzərdə tutulub.

Xatırladaq ki, pikapın kütləvi istehsalına hələ ki, başlanılmayıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri