14 
Sen
2017
09:35
6
145
2840
Virtual karabakh

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verdi

14 Sen, 2017
09:35
2840

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədi çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 04:00-da başa çatıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri