Sen
2022
16:00
546
22
4725
Virtual karabakh

Türkiyə şirkəti yeni qırıcılarını Bakıda nümayiş etdirəcək - FOTO

5 Sen, 2022
16:00
4725

Türkiyə şirkəti yeni qırıcılarını Bakıda nümayiş etdirəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Türk Aviasiya və Kosmos Sənayesi şirkəti (TÜSAŞ) Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) iştirak edəcək.

Tədbir sentyabrın 6-8-də 32 ölkədən 200-dən çox şirkətin iştirakı ilə keçiriləcək.

İştirakçılar arasında Türkiyə, Rusiya, Çin, Fransa, İtaliya, Niderland, Bolqarıstan və digər ölkələrin aparıcı sənaye şirkətləri var. Beynəlxalq sərgi çərçivəsində səkkiz milli stend təşkil olunacaq.

Tədbir çərçivəsində TUSAŞ aviasiya və kosmos sahəsindəki texnologiyalarını, o cümlədən Türkiyənin ilk HÜRKUŞ təlim-məşq təyyarəsi, “HÜRJET” reaktiv təlim-məşq təyyarəsini və beşinci nəsil döyüş təyyarəsi ilə bağlı layihələrdən birini nümayiş etdirəcək.

TUSAŞ-ın baş direktoru Temel Kotil şirkətin bütün dünyanın yaxından izlədiyi layihələrini ADEX çərçivəsində təqdim etmələrindən məmnunluğunu ifadə edib.

“Biz bundan əvvəl TEKNOFEST çərçivəsində Azərbaycan gəncləri ilə görüşmüşdük. Bu dəfə region ölkələrinin dövlət və hərbi nümayəndələri ilə görüşəcəyik. Bizim dost və qardaş ölkə Azərbaycanla bir çox sahələrdə potensial əməkdaşlığı müzakirə etmək imkanımız olacaq”, - deyə Kotil bildirib.

Bundan əlavə, sərgidə iştirak edəcək nümayəndə heyətləri ilə regional əməkdaşlıq imkanlarının qiymətləndirilməsi planlaşdırılır.

Mənbə: Anadolu Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri