15 
Dek
2022
11:50
21
287
2572
Virtual karabakh

BŞH rəsmisi: “Yeni “Formula-1” müqaviləsi ilə bağlı danışıqlar gedir”

15 Dek, 2022
11:50
2572

BŞH rəsmisi: “Yeni “Formula-1” müqaviləsi ilə bağlı danışıqlar gedir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Konsertlər bizim üçün də çox vacibdir, üzərində iş aparılır. Bizim çox maraqlı əyləncə zonamız olacaq. Düşünürəm ki, artıq yaxın zamanda sürprizləri sizinlə paylaşacağıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri 2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı təşkil edilən mətbuat konfransında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) milli mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, iki il sonra Bakını “Formula-1” yarışına ev sahibliyinin sona çatmasından və yeni müqavilənin olub-olmayacağından da söz açıb:

“Hazırda müqavilə ilə bağlı danışıqlar gedir. Hansısa yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri