23 
Dek
2022
13:24
21
63
5126
Virtual karabakh

Maskdan “Tesla” ilə bağlı gözlənilməz qərar

23 Dek, 2022
13:24
5126

Maskdan “Tesla” ilə bağlı gözlənilməz qərar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı milyarder İlon Mask yaxın iki il ərzində “Tesla”nın səhmlərini satmaqdan imtina edib.

Bu barədə biznesmenin özü elan edib.

“Mən, yəqin ki, indiki andan etibarən iki il ərzində (“Tesla”) səhmlərini satmayacağam. Gələn il dəqiq, heç bir şəraitdə olmayacaq, yəqin ki, ondan sonrakı ildə də (satmayacağam)”, - deyə sahibkar bildirib.

O hesab edir ki, gələn il iqtisadiyyat böyük tənəzzülə uğrayacaq, bununla əlaqədar bahalı mallara tələbat azalacaq. Mask şirkətin səhmlərini geri almağa hazırlaşdığını açıqlayıb və bu məsələ ilə bağlı yekun qərarın tənəzzülün miqyasına əsasən veriləcəyini vurğulayıb.

Xatırladaq ki, amerikalı milyarder “Twitter” sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra “Tesla”nın səhmlərini kütləvi şəkildə satmağa başlamışdı. Sonuncu dəfə bu satış dekabrın ortalarında olmuşdu - şirkətin 22 milyon səhmini 3,6 milyard dollara satmışdı. Noyabrın əvvəlində isə Maskın “Tesla”nın 4 milyard dollarlıq səhmlərini satdığı bildirilmişdi. Satışın “Twitter” ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi deyilir.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri