17 
Yan
2023
13:44
17
188
6115
Virtual karabakh

Avropada benzini kim neçəyə alır? - QİYMƏTLƏR + FOTO

17 Yan, 2023
13:44
6115

Avropada benzini kim neçəyə alır? - QİYMƏTLƏR + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forummapping” cari ilin yanvarın 9-na Avropa ölkələrində benzinin qiyməti ilə bağlı infoqrafika hazırlayıb. Məlum olub ki, ən ucuz benzin Rusiya və Belarusdadır. Bu ölkələrdə benzinin bir litrinin qiyməti müvafiq olaraq 0,71 və 0,91 dollardır (təqribən 1,20 - 1,54 manat).

Türkiyə və Moldovada qiymətlər artıq 1 dolları keçir: 1,03 və 1,24 (1,75 - 2,10 manat).

Ukrayna, Rumıniya, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya və Kiprdə benzinin bir litrinin qiyməti 1,31-1,47 dollar (2,22 - 2,49 manat) arası dəyişir.

Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Avstriya, Macarıstan, Xorvatiya, Serbiya, Albaniya, Monteneqro, Lüksemburq, İrlandiya, İspaniyada benzinin litri 1,50 -1,72 dollar (2,55 - 2,92 manat) dəyərindədir.

Böyük Britaniya, İsveç, Portuqaliya, Estoniya, Fransa, Belçika, Niderland, Almaniya, İsveçrə, İtaliya, Yunanıstanda bu göstərici 1,78 -1,99 dollardır (3,02 - 3,38 manat).

İslandiya, Norveç, Finlandiya, Danimarkada isə qiymətlər 2,02-2,23 dollar (3,43 - 3,79 manat) arasında dəyişir.

Emilya Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri