13 
Sen
2017
09:27
13
139
11850
Virtual karabakh

Sürücüləri çaşdıran yol nişanları: Diqqətli olun! – VİDEO

13 Sen, 2017
09:27
11850

Sürücüləri çaşdıran yol nişanları: Diqqətli olun! – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yolda avtomobillərin ötməsini bildirən xətlər olsa da, digər tərəfdən "Ötmə qadağandır" nişanı qoyulub. Mövcud vəziyyət Cəlilabad rayonunun mərkəzi prospektindədir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 4 zolaqlı, iki hərəkət istiqamətli yol bir müddət əvvəl yenicə əsaslı təmir olunduqdan sonra burada eyni vaxtda bir istiqamətdə iki nəqliyyat vasitəsinin hərəkət etməsi üçün yol zolaqları çəkilib. Lakin yol kənarında bunun tam əksini göstərən yol nişanının - “Ötmə qadağandır” nişanın olması sürücüləri çaş-baş salır. Bir müddət öncə sözügedən yolda sağdakı avtomobili ötən rayon sakini Əbülfət Həsənovun övladına da yol polisi məhz bu məsələyə görə cərimə protokolu tərtib edib.

Əbülfət Həsənov iddia edir ki, burada yola çəkilmiş hərəkət zolaqlarını bildirən xətlə yol nişanı bir-birinin tam əksidir.

Sözügedən yolda hərəkət edən digər sürücülər də mövcud vəziyyətin onları çaş-baş saldığını etiraf edirlər.

Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev bildirdi ki, həmin yolda nişanın tələbi qüvvədədir. Ona görə də xətlər qırıq olsa belə, ötmək qadağandır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri