19 
Yan
2023
15:28
72
15
3756
Virtual karabakh

İSB-nin İcraçı direktoru: “İcbari avtosığortanın elektronlaşdırılması sürətləndirilir” - VİDEO

19 Yan, 2023
15:28
3756

İSB-nin İcraçı direktoru: “İcbari avtosığortanın elektronlaşdırılması sürətləndirilir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avtomobillərin icbari sığortasının ənənəvi qaydadan elektron formaya keçidinin sürətləndirilməsi sığorta bazarında xaos yaratmayacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bütün dünyada xidmətlər elektronlaşdırılır:

“Azərbaycanda da Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvar ayının 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir. Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq”.

“İcbari avtosığortanın elektron qaydada həyata keçirilməsi prosesi, sığorta şirkətlərinin davranışları izləniləcək. Hazırda Azərbaycan Mərkəzi Bankı monitorinqlər vasitəsilə prosesi izləyir”, - deyə R.Əhmədov qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri