Mar
2023
14:44
11
111
3444
Virtual karabakh

Azərbaycana gətirilən avtomobildə nasazlıq aşkarlandıqda geri çağırılır? - VİDEO

2 Mar, 2023
14:44
3444

Azərbaycana gətirilən avtomobildə nasazlıq aşkarlandıqda geri çağırılır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Koreya istehsalı olan 400 mindən çox avtomobil müxtəlif nasazlıqlar səbəbindən geri çağırılıb. Həmçinin Almaniya, Yaponiya, ABŞ və digər nəhəng avtomobil istehsalçısı olan dövlətlər də bəzi nəqliyyat vasitələrinin istismarını dayandırıblar. Nasazlıqlar isə daha çox təhlükəsizlik kəmərləri, əyləc və elektrik sistemlərində olub. Bəs bu proses Azərbaycanda da icra olunmurmu?

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, geri çağırılma zamanı avtomobillər istehsalçı zavoda deyil, şirkətlərin ölkələrdəki nümayəndəliklərinə gətirilir. Azərbaycanda da bundan yararlanmaq mümkündür. Onun sözlərinə görə, nasazlıq aşkar edilən avtomobil satış mərkəzlərinə, yerli dilerlərə gətirilməli və problem istehsalçının hesabına aradan qaldırılmalıdır.

Eldəniz Cəfərov bildirir ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən geri qaytarılaraq təmir edilməsi üçün həmin ölkədə rəsmi nümayəndəliyin olması mütləqdir.

Avtomobil ustası İlham Ağayev isə zavod səhvi nasazlıqlarının daha çox elektrik sistemi ilə bağlı olduğunu deyir. Nəticədə istismara yeni buraxılan nəqliyyat vasitələrində qısaqapanma baş verir ki, bu da avtomobilin yanması ilə nəticələnir.

İlham Ağayevin sözlərinə görə, bəzi hallarda həmin avtomobillər naşı ustalar tərəfindən qeyri-peşəkar şəkildə təmir edilir. Bu isə nəqliyyat vasitələrinin alışma riskini daha da çoxaldır.

İlham Ağayev onu da bildirib ki, istər yeni, istərsə də ikinci əl avtomobillərə sonradan əlavə avadanlıqlar, xüsusilə pult sistemi quraşdırılarkən diqqətli olmaq lazımdır. Əks təqdirdə bədbəxt hadisələr qaçılmaz olar.

Ətraflı “Xəbər Ertəsi”nin mövzu ilə bağlı hazırladığı videomaterialda:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri