May
2023
16:40
318
20
3357
Virtual karabakh

İstanbulda keçirilən “TEKNOFEST” festivalında dünya rekordu təzələndi

2 May, 2023
16:40
3357

İstanbulda keçirilən “TEKNOFEST” festivalında dünya rekordu təzələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalını beş gün ərzində 2,5 milyondan çox insan ziyarət edib. Bu, belə tədbirlərdə iştirak üzrə dünya rekordudur.

Bu barədə “TEKNOFEST”in bağlanış mərasimində çıxış edən Türkiyə Texnologiya Takımı Vəqfinin rəhbəri Selçuk Bayraktar məlumat verib.

O xatırladıb ki, bundan əvvəlki dünya rekordu da 2019-cu ildə 1,72 milyon ziyarətçi ilə elə Türkiyədə keçirilən bu texnoloji tədbirdə qeydə alınıb.

Qeyd edək ki, aerokosmik və texnologiya festivalı 2018-ci ildən etibarən hər il keçirilir. Təşəbbüs ölkənin texnoloji inkişafına töhfə verən şirkətlər və təşkilatlar tərəfindən fəal şəkildə dəstəklənir.

“TEKNOFEST” çərçivəsində texnoloji yarışlar, aviasiya şouları, konsertlər, müxtəlif mövzularda müzakirələr və bir çox digər maraqlı tədbirlər keçirilir. Festivalın məqsədi cəmiyyətin, xüsusilə də gənclərin texnologiyaya marağını artırmaq, Türkiyədəki müasir inkişaf və nailiyyətlər haqqında məlumat verməkdir.

“TEKNOFEST” həm də texnologiya ilə maraqlanan yüzminlərlə gənc üçün müxtəlif müsabiqələrdə iştirak edərək arzularını reallaşdırmaq şansıdır.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri