11 
Sen
2017
15:17
116
55
4414
Virtual karabakh

Zaqatalada vəzifəli şəxsin avtomobili yandı

11 Sen, 2017
15:17
4414

Zaqatalada vəzifəli şəxsin avtomobili yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada avtomobil yanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:40 radələrində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdindəki  Zaqatala Bölgə Təcrübə Stansiyası ərazisində qeydə alınıb.

Stansiyanın direktoru Nəbi İsmayıl oğlu Kərimova  məxsus “Niva” markalı, 10 TT 849 dövlət nömrə nişanlı minik avtomobili dayandığı yerdə qəfildən yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları  içərisində olan sənəd və əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri