11 
Sen
2017
10:31
7
94
3133
Virtual karabakh

Piyada keçidi təhlükə mənbəyinə çevrildi – VİDEO

11 Sen, 2017
10:31
3133

Piyada keçidi təhlükə mənbəyinə çevrildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Piyada keçidini bildirən nişan sərt döngədə quraşdırılıb. Görüntülər Sumqayıt şəhəri Heydər Əliyev prospektindəndir.

Oxu.Az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, piyada keçidini bildirən nişan sərt döngədə və ağacların arasında quraşdırılıb. Bu da sürücülərin nişanı görmələrinə mane olur.

Sürücülər piyada keçidinin sərt döngədə qoyulmasını düzgün hesab etmirlər. Bildirirlər ki, sürücü hansı sürət həddini seçməsindən asılı olmayaraq, həmin keçiddə təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də mövcud piyada keçidinin yeri dəyişdirilməlidir.

Sakinlərin sözlərinə görə, bəzi sürücülər ərazidə piyada keçidinin olmasından belə xəbərsizdir. Bu da qəza şəraitini qaçılmaz edir.

Sumqayıt şəhər “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən isə məsələyə münasibət bildirən olmayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri