11 
Sen
2017
09:59
10
190
4930
Virtual karabakh

Evakuator sürücülərinin özbaşınalığı – VİDEO

11 Sen, 2017
09:59
4930

Evakuator sürücülərinin özbaşınalığı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hələ də kobud qayda pozuntusuna yol verən evakuator sürücüləri var.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət dayanma və durma qaydasını pozan avtomobillərin evakuasiyasından gedir.

Bu ilin iyul ayının 1-də İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə dəyişiklik edildi ki, əgər sürücü digər nəqliyyat vasitələrinə və piyadaya mane yaratmadan dayanma və durma qaydasını pozursa, onun avtomobili evakuasiya edilə bilməz. Amma görünən odur ki, buna əməl edən yoxdur.

Sürücülərin sözlərinə görə, belə hallar, əsasən, şəhərin mərkəzi yerlərində olur. Kortəbii şəkildə avtomobilə yaxınlaşıb, necə gəldi, evakuatorun yedəyinə alaraq, ərazidən uzaqlaşırlar. Halbuki, inzibati xətalar məcəlləsinin 124-cü maddəsində də var ki, əgər sürücü dayanma və durma qaydasını pozmaqla piyadaların və yaxud nəqliyyat vasitələrinin hərəkətinə mane yaratmaqla tıxaca səbəb olursa, yol polisi həmin avtomobilin şəklini çəkməklə, ona elektron protokol tərtib etməlidir. Bundan sonra avtomobil təhlükəsizlik qaydasına əməl edilməklə, müvəqqəti duracağa aparıla bilər.

Belə olduqda da sürücülər 20 manat dayanma və durma qaydasını pozduğuna görə, 20 manat da evakuator pulu ödəyir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da qaydalar dəyişdirildikdən sonra evakuator sürücülərinin özbaşnalığını ciddi qanun pozuntusu hesab edir.

Ekspert deyir ki, əgər hansısa sürücü belə halla rastlaşsa, ərazidə xidmət aparan yol polisi barədə Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Bundan başqa, sürücü məhkəməyə müraciət etməklə, ona dəymiş maddi və mənəvi ziyanı ödətdirə bilər.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri