12 
Fev
2016
22:16
115
56
6701
Virtual karabakh

Cahangir Əlihüseynov: Boulinq çox incə idman növüdür - MÜSAHİBƏ

12 Fev, 2016
22:16
6701

Cahangir Əlihüseynov: Boulinq çox incə idman növüdür - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu idmanda yaş, fiziki məhdudiyyət problemi yoxdur”.

Oxu.Az Azərbaycan Boulinq İdman Federasiyasının vitse-prezidenti Cahangir Əlihüseynov ilə müsahibəni təqdim edir.

- Cahangir müəllim, sizi ilk olaraq tanıyaq, sonra keçək boulinqə.

- Mən Bakıda anadan olmuşam, Moskvada böyümüşəm. 160 saylı məktəbdə oxumuşam. Daha çox humanitar fənnləri yaxşı oxuyurdum. İdmana uşaqlıqdan həvəsim olub, amma peşakar məşğul olmamışam. Sadəcə boulinqlə peşəkar məşğul olmuşam. Belə fitness üzgüçülüklə məşğulam.

- Hansısa idmana həvəsiniz olub, amma alınmayıb, belə hal olub?

- Yox, deməzdim! Mən futbolu sevmirəm, baxmıram. Başqa idman növləri ilə sadəcə özüm üçün məşğul olmuşam.

- Futbol demişkən, bizim futbol klublarımızdan, yəqin ki tanıdıqlarınız var?

- Düzü, futbolla maraqlanmıram. Belə ki, Qarabağı, Neftçini tanıyıram, amma futbolçulardan heç kəsi tanımıram (gülür).

- Boulinq əyləncəli idman növü sayılır, onunla peşakar məşğul olmaq olur. Hər hansısa çempionata hazırlaşmısınız və ilk dəfə boulinqə neçə yaşında başlamısınız?

Bəli, boulinq bütün dünyada əyləncəli idman növü sayılır və insanlar vaxtlarını əyləncəli keçirmək üçün məhz boulinq oynayırlar. Mən də uşaqlıqdan həmişə daha çox boulinqi sevmişəm. Mənim üçün bu idman növü eleqant idman sayılır, elə o vaxtdan da özüm üçün məşğul olurdum.

Maraqlanırdım, araşıdırırdım özüm üçün ki bu idmanla peşakar məşğul olmaq olar!? Gördüm ki, olurmuş. Sonra gördüm ki peşakar olaraq öyrənmək olur, bu idman növünün incəlikləri çoxdur.

- Boulinqi necə öyrənmək olur? Məsələn, oyanyırsan ya alınır, ya da alınmır? Bu idman növündə jestlər, hərəkətlər önəmlidir?

Əlbəttə, çox incədir, burada adi duruşdan əl hərəkətləri atma və s. kimi şeylərə diqqət etmək lazımdır. Bu cüdo, güləş deyil ki, hansısa bedro hərəkəti və yaxud nəyisə dəqiqliklə öyrənəsən. Sadəcə illərlə məşğul olub, peşakar səviyyəyə çatmaq olar.

- Əyləncəli idman növü sayılan boulinqə, onun inkişafına və yaxud federasiyasının yaranmağına ehtiyac varmı?

Bilirsiz bu dünyada sevilən və ən çox məşğul olunan idman növüdür, əyləncəvi xarakterli  sayılsa da, amma yenə də inkişafına yer verilməlidir.

Boulinq Federasiya 2002-ci ildə yaranıb, niyə yaratdıq? Mən və dostlarım həmişə BƏM-də oynayırdıq. Elə 1997-ci ildə də ilk dəfə burada yaranıb. Biz də o vaxt gənc idik, gəlirdik, tez-tez oynayırdıq, dostlarla belə düşündük ki, bir az bu idmanı inkişaf etdirək. Çünki hara getdiksə, hansı ölkəyə, şəhərə boulinqə necə həvəs göstərdiklərini gördük. Biz, yəni federasiyanın prezidenti Cavanşir Xəlilov, baş katib Şəhriyar İsmayılov, Rəşad Xəlilov ....və mən çalışdıq bacardığımız qədər bu idman növünü inkişaf etdirək.

Cavanşir müəllim sağ olsun, hansısa ölkəyə gedəndə bizim bütün səfər xərclərimizi ödəyir. Xüsusi bir sponsor yoxdur və nazirliyə də dəfələrlə müraciət etmişik, bir cavab almamışıq.

- Boulinqdə peşakarlıq nədən bilinir?

- Bir-iki ilə peşakar olmaq olmur, ən azı 10 il əziyyət çəkməlisən! Əgər pinlərə 12 dəfə eyni vuruş olsa, deməli, o artıq peşakardı, amma belə alınması da çox çətindir. Çünki hər vuruşda  eyni pinlər qalmır və yaxud sayına görə dəyişir.

- Bunun məktəbi və yaxud hansısa xüsusi dərsləri var?

Biz Tokioda 2015-ci ilin iyul ayında olduq, orada bir təlim keçirilirdi. Hər ölkədən bollerlər vardı. Xüsusi təlimlər keçirilirdi, sonra bütün ölkədən bollerlər bir-biriləri ilə tanış olurdular. Yəni boulinqə başqa ölkələrdə maraq çoxdu, ona zaman ayırırlar. Bu idmanda yaş, fiziki məhdudiyyət problemi yoxdur.

Biz xeyriyyə tədbirlər keçirdirik. Fiziki məhdudiyyəti olan şəxslərə bu kimi tədbirlərimizin qapıları həmişə açıqdır. Yarışlar, çempionatlar keçirdirik. Onlardan biri 2012-ci ildə keçirildi, 12 ölkədən nümayəndə gəlmişdi.

- Neçə üzvünüz var?

- Bizim 24 nəfər üzvümüz var. Federasiyada üzv necə olur? Bu 24 nəfər peşakarlardı, artıq onlar istədikləri vaxt gəlib federasiyada məşğul olur. Trener məşğul olur, onlarla və yaxud kimsə dərs almaq istəyirsə, onlardan dərs alırlar. Amma belə istənilən şəxs üzv ola bilər və bizim federasiyala yaxında tanış ola bilər. Biz bunu yaratmışıq ki gənclərimiz vaxtlarını asudə keçirsin.

- Boulinq idman növündə bildiyimə görə yarışlar, çempionatlar keçirilmir? 

- Bu idman növü əlbəyaxa döyüş növü deyil, özəl xüsusi yarışlar keçirilsin, amma keçirilir. Çempionatlıq, sadəcə, bizdə o qədər də inkişaf etməyib. Məsələn, Rusiyada, Ukraynada çox inkişaf edib, yaxşı da oyunçuları var. Biz isə 2000-ci ildə boulinqin inkişafına başlamışıq.

Nərmin Kazimova 
Müslüm Mikayılov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri