21 
May
2022
03:22
73
15
1416
Virtual karabakh

Dortmund “Borussiya”sı baş məşqçisi ilə vidalaşıb

21 May, 2022
03:22
1416

Dortmund “Borussiya”sı baş məşqçisi ilə vidalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Borussiya” (Dortmund) futbol klubunun baş məşqçisi Marko Roze istefa verib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“Borussia” və baş məşqçi Marko Roze əməkdaşlığa son qoyur. Bu qərar mövsümün təhlilinin nəticəsidir”, - deyə mətbuat xidmətinin açıqlamasında deyilir.

Roze 2021-ci ilin yayında Dortmund klubuna rəhbərlik edib. 45 yaşlı mütəxəssisin rəhbərliyi altında “Borussiya” Almaniya çempionatında 34 matçda 69 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında “pley-off”a yüksələ bilməyən dortmundlular, Avropa Liqasında 1/16 finalda Şotlandiyanın “Reyncers” klubuna uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri