Fev
2017
18:35
127
78
5506
Virtual karabakh

“CinemaPlus”da “Qan bahasına” Hollivud filminin Azərbaycan dilində nümayişi keçirilib – FOTO + VİDEO

6 Fev, 2017
18:35
5506

“CinemaPlus”da “Qan bahasına” Hollivud filminin Azərbaycan dilində nümayişi keçirilib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “Cinema Plus Azerbaijan”da Azərbaycan dilində dublyaj olunmuş “Qan bahasına” Hollivud filminin qapalı nümayişi təşkil olunub. Film real hadisələr əsasında çəkilib, hansı ki, inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs edir. 

Oxu.Az xəbər verir ki, “Qan bahasına” filmi 2017-ci ildə “Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Rövşən Məmmədli, baş redaktor Xətai Əli, prodüser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcümə Xumar Quluzadə, post-prodakşn supervayzer Vüqar İslamzadədir.

Filmin səsləndirilməsində Rövşən Məmmədli, Azər Aydəmir, Əməkdar artist Kazım Abdullayev iştirak edib.

Filmin rejissoru Ben Yanqer, icraçı prodüser isə Martin Skorsezedir.

Baş rollarda Maylz Teller, Aron Ekhar və Keti Saqal çəkiliblər.

Film haqqında qısa məlumat: Vinni Patsiensta – boks üzrə məşhur çempionlardan biridir.  Cavan, parlaq,  dəlisov... Onu Pazman şeytanı adlandırırdılar.  Onun karyerası ən pikdə idi, lakin dəhşətli qəza bir anda bütün planları dağıdır. Həkimlər onun heç bir zaman gəzə bilməyəcəyini deyirdilər. Lakin Vinni heç nəyə baxmayaraq rinqə qayıtmaq qərarı verir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri