23 
Okt
2017
16:14
57
25
3545
Virtual karabakh

Qalmaqallı “Matilda” dünya premyerasından 3 gün öncə “CinemaPlus”da - VİDEO

23 Okt, 2017
16:14
3545

Qalmaqallı “Matilda” dünya premyerasından 3 gün öncə “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus 28 Mall”da 23 oktyabr 19:15-də qalmaqallı tarixi dram olan “Matilda” filminin dünya premyerasından 3 gün öncə nümayişi keçiriləcək.

Oxu.Az xəbər verir ki, ssenarinin hazırlanmasında aralarında ABŞ və Fransadan olan 10-dan çox ssenarist iştirak edib. Paltarların hazırlanmasına 17 tondan çox parça sərf olunub, cəmi  5 min geyim hazırlanıb.  

Rejissor Aleksey Uçiteldir. Rollarda Mixalina Olşanska, Lars Aydinger, Luiza Volfram, Danila Kozlovskiy və başqaları çəkilib.

Film haqqında qısa məlumat: Sonuncu imperator və rus baletinin nüfuzunun möhürünü vurmuş balerina... Rus tarixini dəyişməyə qadir bir eşq hekayəsi... Əfsanəyə çevrilmiş məhəbbət... Hər bir insanın həyatında onu həmişəlik dəyişə biləcək günlər olur. Ən vacib gün gəldikdə isə sevginin sədasına səs verirsən. Amma imperator gözəlliyi ilə onu dəli-divanə edən rəqqasəni səvərsə... Uspenskiy kilsəsi, Kreml, çar imaratləri, Marinskiy və Böyük teatrın səhnələri – bir sözlə, əbədi Rusiyanın döyünən ürəyi.

Premyeraya bilet almaq istəyənlər “Cinema Plus”un rəsmi saytına, eyni zamanda, “CinemaPlus 28 Mall” kinoteatrının kassalarına müraciət edə bilərlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sizi sevindirməyə hazırdır.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri