26 
Dek
2017
16:36
184
171
16716
Virtual karabakh

“Kəklikotu” filminin möhtəşəm qala-gecəsi keçirildi – VİDEO + FOTO

26 Dek, 2017
16:36
16716

“Kəklikotu” filminin möhtəşəm qala-gecəsi keçirildi – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

22 dekabrda “Elektra Hall”da Cinemazadeh və “CinemaPlus” kinoteatrının birgə istehsalı olan “Kəklikotu” sərgüzəştli komediyasının möhtəşəm qala-gecəsi keçirilib.   

Filmin premyerası çox böyük marağa səbəb olub, çünki filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor çəkilib. Yaradıcı kollektiv “Kəklikotu” yazısı olan bahalı xarici avtomobildə girişə yaxınlaşıblar, qırmızı xalça üzərindən keçən aktyorlar dərhal KİV nümayəndələrinin “ağuşuna düşüblər”, sualları cavablandırıb, şəkil çəkdirib, pərəstişkarları ilə selfi ediblər. 

Sonda zal filmin yaradıcı kollektivini ayaqüstə salamlayıb.    

Filmin baş prodüseri  Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynallı, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir. Layihənin baş koordinatoru “CinemPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadədir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M.Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonlarla qiyməti olan həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Tədbirin təşkilati dəstəkçiləri: “CinemaPlus” kinoteatrı, Cinema Distribution, Cinemazadeh studiyası,  ATV, 106.6 FM, Baku.ws, Oxu.Az, Artishok event şirkəti, Hell Energy, Hillside premium çaxırları və TNT. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri