31 
Okt
2019
17:29
23
89
2954
Virtual karabakh

“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filminin nümayişi baş tutub - FOTO/VİDEO

31 Okt, 2019
17:29
2954

“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filminin nümayişi baş tutub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Yaşıl kitab” filminin yaradıcılarının istehsalı olan, növbəti ekran işi – “Araxis Yağlı Tərlan”ın təqdimatı keçirilib. Bu komediya hər bir tamaşaçının qəlbinə toxunacaq.

Möhtəşəm səyahət bir addımla və əfsanəvi uçuşla başlayır. Qəhrəmanımız pəncərədən kənara çıxan qəhrəmanımız özünü bir şeyin əskik olduğu dünyada tapır. Onun yeni dostuna yüksək məbləğdə pul, başkəsənlərə - iki dostun başı, gənc tibb bacısına sevgi, ona isə səyahət, qaçış, alovlanan ocaq və bir az da araxis yağı lazımdır.

Filmi Tayler Nilson və Mayk Şvarts ekranlaşdırıb. Aktyorlar isə Şaya LaBaf, Dakota Conson və Zak Qotsagendir.

Tədbirin təşkilində dəstək göstərənlər: “Cinema Distribution”, “Absheron Sharab”, “Şeh su” və “Red Bull”.

Qeyd edək ki, “Araxis Yağlı Tərlan” yalnız “Cinemaplus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri