12 
Noy
2019
14:09
40
67
1895
Virtual karabakh

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - FOTO/VİDEO

12 Noy, 2019
14:09
1895

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

“CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə möhtəşəm parad təşkil edib.

Belə ki, kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər.

Alış-veriş mərkəzinə gələn şəxslər isə orkestrlə birgə mahnı ifa edib, həmin anları telefonlara çəkiblər, həmçinin, fotolar və selfilər çəkdiriblər. Həmin an ətrafda əsl vətənpərlik atmosferi yaranıb. 

İnsanlar bu anlarla qürurlanıb, uşaqların gözləri vətən sevgisinin atəşi ilə alovlanıb.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri