21 
Yan
2020
13:26
17
76
13770
Virtual karabakh

“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası nümayiş olunur - VİDEO

21 Yan, 2020
13:26
13770

“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası nümayiş olunur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb.

Bir bilet alan tamaşaçılar iki film izləyəcəklər. 

Ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davam filmi olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir. “Deli” ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir.

“Emanet” isə istedad müsabiqələrinə qatılıb, bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.

Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci oynayıblar.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri