23 
İyl
2020
13:07
424
46
16463
Virtual karabakh

Azərbaycanda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə qarşı cinayət işinə başlanıldı - VİDEO

23 İyl, 2020
13:07
16463

Azərbaycanda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə qarşı cinayət işinə başlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, qaydaları pozaraq, yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək, yaşadığı ünvana aparılıb.

Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işinə başlanılıb və o, polis nəzarətinə götürülüb. 

Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri