25 
Noy
2021
17:48
112
63
2346
Virtual karabakh

Ledi Qaqa, Al Paçino, Salma Hayek, Adam Drayver və Cared Leto “Gucci evi” filmində - FOTO

25 Noy, 2021
17:48
2346

Ledi Qaqa, Al Paçino, Salma Hayek, Adam Drayver və Cared Leto “Gucci evi” filmində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ridli Skottun “Gucci evi” filmi Mauritsio Quççinin Patrisiya Recani ilə münasibətindən və faciəvi ölümündən bəhs edir.

“CinemaPlus”dan verilən məlumata görə, süjetin əsasında Sara Qay Fordenin “Gucci evi: qətl, dəlilik, qlamur və xəsisliyin sensasiyalı hekayəsi” kitabıdır.

Qeyd edək ki, baş rolların birində Ledi Qaqa çəkilib. Onun sözlərinə görə, film üzərində iş üç il davam edib. İl yarım o, Recani kimi yaşadı, doqquz ay isə güclü italyan ləhcəsi ilə danışdı. Nəticədə aktrisa rola o qədər qərq oldu ki, reallıqla əlaqəni itirməyə başladı.

Aktrisa çəkilişlərin sonuna yaxın bəzi psixoloji çətinliklərlə üzləşdiyini etiraf edib:

“Mən ya otel otağımda, Recani kimi yaşayırdım və danışırdım, ya da çəkiliş meydançasında onu kimi olmağa davam edirdim”.

Çətinliklərə baxmayaraq, Qaqa ərinə qarşı sui-qəsdin arxasında duran qadını daha yaxşı tanıdığını və başa düşdüyünü qeyd edib.

Filmdə Qaqa ilə birlikdə Adam Drayver, Al Paçino, Cared Leto, Ceremi Ayrons, Salma Hayek və başqaları çəkilib.

Film 12 ildir xoşbəxt ailə həyatı quran və iki uşaq böyüdən Florensiyalı gözəl Patrisiya Recani və məşhur modelyer Gucci-nin nəvəsi Mauritsio Gucci-nin hekayəsindən bəhs edən real hekayə əsasında çəkilib. Lakin Mauritsio gənc məşuqəsi Paola Françininin yanına getməyə qərar verəndə, Patrisiya bunu qəbul edə bilmir və qatilləri işə götürərək ondan qəddar qisas almağa qərar verir...

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi dekabrın 2-dən “Gucci evi” filminin  nümayişinə başlayır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri