Dek
2021
18:00
46
110
1584
Virtual karabakh

Zaur Darabzadə kinoteatrlarda əyləşmə qaydaları haqqında danışdı - VİDEO

9 Dek, 2021
18:00
1584

Zaur Darabzadə kinoteatrlarda əyləşmə qaydaları haqqında danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə İctimai televiziya kanalında “Dikdaban” verilişinin qonağı olub.

Verilişdə Zaur Darabzadə pandemiya zamanı kinoteatrlarda əyləşmə qaydaları haqda ətraflı məlumat verib:

“Mən istəyirəm ki, bu qaydaları tamaşaçılarımız da bilsin, çünki o vaxtlar bu haqda çox suallar verilib. Tamaşaçıların əksəriyyəti düşünürlər ki, əgər ailə üzvləri və ya dostları ilə gəlsələr, zalda bir yerdən bir oturacaqlar. Bu, heç də belə deyil. Operativ Qərargah tərəfindən bizə qoyulan şərtlərdən biri də odur ki, zalın yalnız 50 faizi dolmalıdır.

Biz də bu şərtləri sadaladığım qaydalarla həyata keçiririk: Məsələn, siz üç nəfər kinoya gəlirsinizsə, ailə üzvləri olmasanız belə siz hər üçünüz bir yerdə oturacaqsınız. Yəni aranızda boş yer olmasına ehtiyac yoxdur. Amma sizinlə sizdən sonra gələn tamaşaçılar arasında bir və ya iki boş oturacaq buraxırıq ki, sosial məsafəni qoruyaq. Çünki siz bir yerdə gəlirsiniz, biriniz ictimai nəqliyyatdan istifadə edirsiniz, biriniz ictimai obyektdən - kafedən çıxıb gəlmisiniz. Əlavə olaraq maskadasınız. Amma təbii ki, siz kinoteatrda olduğunuz zaman popkorn yeyirsiniz, su içirsiz. Üç saat maskada su içmədən filmə baxa bilməzsiniz və buna görə də maskanı çaxarırsınız”.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri