21 
Yan
2022
12:36
13
81
2931
Virtual karabakh

“CinemaPlus”da Selin Dionun həyatından bəhs edən “Sevgi səsi” bioqrafik dramı - VİDEO

21 Yan, 2022
12:36
2931

“CinemaPlus”da Selin Dionun həyatından bəhs edən “Sevgi səsi” bioqrafik dramı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi yanvarın 21-dən müğənni Selin Dionun həyatından və yaradıcılıq karyerasından bəhs edən Kanada musiqili “Sevgi səsi” filminin nümayişinə başlayır.

Film “Parter” və “Əcnəbilər” filmlərinə görə “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında Sezar mükafatının iki dəfə qalibi olan fransız aktrisa Valeri Lemersyenin rejissorluğu ilə ərsəyə gəlib. Bu, onun altıncı tammetrajlı rejissor işidir.

Valeri Lemersye nəinki melodramın rejissoru olub, həm də baş rolu oynayıb.

Musiqili dramın baş qəhrəmanının prototipi yeniyetmə yaşlarında menecer Rene Anjelilə tanış olaraq şöhrət qazanan dünya şöhrətli kanadalı müğənni, bəstəkar və aktrisa Selin Dion idi. Rene müğənninin istedadına o qədər inanırdı ki, onun ilk səs yazısını maliyyələşdirmək üçün öz evini girov qoydu. Daha sonra o, Selinlə ailə qurur. Müğənni 1980-ci illərdə Tokioda keçirilən Yamaha Musiqi Festivalında üçüncü, 1988-ci ildə Eurovision Mahnı Müsabiqəsində birinci yeri tutaraq beynəlxalq səviyyədə tanınıb.

Rejissorun sözlərinə görə, bu film ilk növbədə müğənni ilə həyat yoldaşının sevgi hekayəsindən bəhs edir. Cütlük iyirmi ildən çox bir yerdə yaşayıb və 2016-cı ildə Rene Anjelil boğaz, dil və beyin xərçəngi ilə uzun sürən mübarizədən dünyasını dəyişdi. Selin həyat yoldaşının ölümünə çox üzüldü.

Filmdəki bütün musiqiləri Sio soyadı ilə tanınan italyan əsilli fransız müğənni Viktoriya Petrosillo ifa edib.

Ekrandakı sevimli baş qəhrəmanın obrazını kanadalı aktyor Silven Marsel canlandırıb.
Ekran əsərinin dünya premyerası 13 iyul 2021-ci ildə Kann Film Festivalında müsabiqədənkənar olub.

Filmin büdcəsi təxminən 20 milyon avro təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri